AzMİU əməkdaşları “Creative Spark” konfransında iştirak edib

AzMİU əməkdaşları “Creative Spark” konfransında iştirak edib
AzMİU əməkdaşları “Creative Spark” konfransında iştirak edib
AzMİU əməkdaşları “Creative Spark” konfransında iştirak edib
bakudesigncenter

   Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Xəzər Universitetində keçirilən “British Council” tərəfindən maliyyələşdirilən “Creative Spark” proqramının konfransında iştirak edib. Universiteti İnnovativ biznes inkubator mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova, Təcrübə və karyera mərkəzinin böyük mütəxəssisi Nigar Əbilova, İnformasiya texnologiyaları və sistemləri kafedrasının assistenti Rəna Cəbrayılova təmsil edib. 
          Konfrans Xəzər Universiteti ilə Böyük Britaniyanın Middlesex Universitetinin birgə əməkdaşlığı əsasında keçirilib. 2 gün davam edən konfransda sahibkarlıq bacarıqlarının təhsilə tətbiqi ilə bağlı bir çox metodlar təqdim olunub. Middlesex Universitetinin akademik heyəti Creative Spark layihəsi çərçivəsində aparılan işlərin effektivliyi və bu sahədəki təcrübələri barədə məlumat verib. Sonda konfransın iştirakçılarına sertifikatlar verilib.