Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Şuşaya səfər edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Şuşaya səfər edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Şuşaya səfər edib.
bakudesigncenter

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi, Universitetin THİK-nin sədr muavini Şahmar Rəfili Şuşaya səfər edib. Səfər çərçivəsində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi-mədəni abidələrimiz, erməni vandalizminin acı nəticələri, qədim şəhərin görkəmli yerləri, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olublar. 

Səfərin iştirakçısı Şahmar Rəfili Prezident İlham Əliyevin Cıdır düzündə xalqa müraciəti zamanı söylədiyi “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq” sözlərini xatırlayaraq, ölkə gənclərinin hər zaman dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsi üçün Azərbaycanın hər bir gəncinin səfərbər olduğunu vurğulayıb.

 

Xatırladaqki İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi məqsədilə yaradılan http://www.yolumuzqarabaga.az portalı texniki olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən istifadəyə verilib. 24 yanvar 2021ci il tarixindən etibarən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları hərəkət edir.