ABŞ Prezidentinin bəyanatı tarixi həqiqətlərin təhrif olunmasıdır

ABŞ Prezidentinin bəyanatı tarixi həqiqətlərin təhrif olunmasıdır

     Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatı 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Digər tərəfdən, məlum bəyanatda “soyqırımı” ifadəsinin öz əksini tapması yanlış bir addımdır. Çünki tarixi faktlar əksini deyir. Ermənilər tarix boyu türklərə qarşı kütləvi qırğınlar və soyqırımı törədiblər. Buna misal olaraq, 31 mart Bakı soyqırımını, həmin dövrdə bölgədə törədilən qətliamları misal göstərmək olar. Ən nəhayət, 1992-ci ildə  bütün dünyanın gözü qarşısında Xocalı soyqırımını həyata keçiriblər. “Soyqırımı” ifadəsini işlədənlər nədənsə erməni terrorunun qurbanları, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qarşısında susurlar.  Halbuki ABŞ höküməti də dəfələrlə ölkələrində baş vermiş terror hadisələrində erməni terror təşkilatlarının izlərini aşkar edib. Bütün bunları əsas götürərək, bir Azərbaycan gənci kimi, məlum bəyanatı qəbuledilməz hesab edirəm. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, hər zaman Türkiyə dövlətinin, türk xalqının yanındayıq!

  Yeni Azərbaycan Partiyasının idarə heyyətinin üzvü, texnika üzrə fəlsəfə doktoru - Bayram Aslanov