Əlavə memar təhsili alanlara bu gün diplomlar verilib

Əlavə memar təhsili alanlara bu gün diplomlar verilib
bakudesigncenter

        Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bir illik əlavə memar təhsili almış bir qrup rayon memarına bu gün diplomlar verilib. 

        Memarlıq ixtisası üzrə əlavə təhsil proqramını bitirən 20 nəfər əsasən Gəncə, Gədəbəy, Goranboy, Kürdəmir, Ağcabədi, Şabran, Şuşa, Xocavənd, Füzuli, Qubadlı və digər rayonlardandırlar. Onlardan başqa, 11 nəfər də 2 illik təhsilini universitetdə davam etdirir.

        Xatırladaq ki, Təhsil Nazirliyinin 07.08.2019-cu il və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04.09.2019-cu il tarixli məktublarına əsasən Azərbaycanın inzibati rayonlarının mütəxəssisləri AzMİU-da bakalavr səviyyəsində memarlıq ixtisası üzrə 1 illik təhsil alır.