-cı il

AzMİU-da ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

TimeƏlavə edilib: 2017-12-07 18:12:58 ViewsOxunub: 101

Universitetin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (ST və MKS) fakültəsinin təşəbbüsü ilə ərsəyə gələn tədbirdə öncə dahi liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən, ümumilikdə dövlətçilik fəaliyyətindən danışıb.
Digər çıxış edənlər AzMİU-nun məzunu, Milli Məclisin deputatı Mixail Zabelin, Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının müdiri Tağı Əhmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Bayram Aslanov xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaldan, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görən dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən söz açıb, ulu öndərlə bağlı xatirələrini bölüşüblər.
Tədbirin gedişində dahi lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub, tarixi çıxışı dinlənilib. Tələbələr ulu öndərə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.

Tags: Azmiu Azmiu.az
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Ümumi - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru