-cı il

AzMİU-da “1 Dekabr-Ümumdünya QİÇS-lə mübarizə günü” nə həsr olunan tədbir keçirilib

TimeƏlavə edilib: 2017-12-01 18:38:32 ViewsOxunub: 189

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Tələbə Gənclər Təşkilatının fəal gənclərindən olan Fuad Hümbətovun təşəbbüsü ilə universitetdə  “1 Dekabr Ümumdünya QİÇSlə mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AzMİU TGT-nin sədri İlahə Həsənova bu günün tarixinə qısa nəzər salıb, dünyada və ölkəmizdə keçirilən maarifləndirmə işlərindən danışıb. Bu istiqamətdə qanunvericilik aktlarının qəbul edildiyini, dövlət proqramlarının həyata keçirildiyini, Səhiyyə Nazirliyi tərəfindən  tədbirlər görüldüyünü diqqətə şatdırıb. O, bugünkü görüşü tələbələrin dünyanın ən təhlükəli xəstəliklərdən biri hesab edilən QİÇS və HİV barədə  məlumatlanması baxımından yüksək qiymətləndirib. 

           Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova çıxış edərək ölkəmizdə QİÇS xəstəliyinə yoluxma hallarının ötən ilə nisbətən xeyli artığını deyib. Bildirilib ki, hazırda dünyada 35 milyona yaxın insan bu virusa yoluxub və hər il bu rəqəm 2,5-3 milyon nəfər artır. Artım səbəbi  isə narkotik vasitələrdən istifadə, qeyri-sağlam həyat tərzidir. O, QİÇS  kimi qorxulu xəstəliklərlə mübarizəni gücləndirmək, yoluxma hallarını erkən aşkar etmək, bu sahədə əhalinin məlumat səviyyəsini artırmaq məqsədilə geniş təbliğat işinin aparılmalı olduğunu diqqətə çatdırıb. 

        Tədbirin sonunda universitetin foyesində Səhiyyə Nazirliyinin həkim birqadası tərəfindən QİÇS xəstəliyinin müayinəsi məqsədi ilə tədbir iştirakçılarından qan analizləri götürülüb.

Tags:
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Ümumi - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru