-cı il

AzMİU-da “Azərbaycanda multikulturalizm həyat tərzidir” adlı tədbir keçirilib

TimeƏlavə edilib: 2017-11-30 21:03:20 ViewsOxunub: 76

İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva və Fövqaladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şəfi Danyalov çıxış edərək, Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi dünyada tanındığını qeyd ediblər. Dinlərarası münasibətlərin hazırkı vəziyyətində ölkəmizin dünyaya örnək olduğu bildiriblər. Ölkə başçısının da qeyd etdiyi kimi multikulturalizmin dövlətin əsas yaşam tərzinə çevrildiyindən danışıblar. 
Sonra Qusar rayonunun Sabiq Prokuroru, Azərbaycan Respublikasinin Baş Prokurorluğunun fəxri işçisi Zahid Vəliyev və İctimai fənlər kafedrasinin dosenti, Zəminə Əsgərovanın mövzu ətrafında məruzələri dinlənilib. Qusar rayonunun Sabiq Prokuroru Qusar rayonunun timsalında ümumi multikulturalizm və dövlətin bu sahədə yürütdüyü siyasət barədə məlumat verib.Təmsil etdiyi rayonda azsaylı xalqlara olan diqqət və qayğıdan söz açıb. İctimai fənlər kafedrasinin dosenti, Zəminə Əsgərova isə “Multikulturalizim azərbaycanlıların həyat tərzidir” deyiminin təmamiylə rəal əsaslara söykəndiyini, xalqımızın sıx bağlı olduğu multikultural dəyərlərin ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu 70-80-ci illərdə xüsusən sürətlə inkişaf etdiyini vurğulayıb. Müasir dövrdə isə ölkəmizdə multikulturalizmin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini tələbələrin diqqətinə çatdırıb.

Tags: Azmiu Azmiu.az
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Ümumi - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru