-cı il

ADMİU-nun tələbələri AzMİU-nun nəzdində yerləşən Heydər Əliyev Muzeyində ekskursiyada olub

TimeƏlavə edilib: 2017-11-23 19:27:53 ViewsOxunub: 168

AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə Heydər Əliyev muzeyinə ekskursiyalar davam edir. Bu gün muzeyin qonaqları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələri olub.
AzMİU THİK-in sədr müavini Şahmar Rəfili tələbələrə muzey haqqında qısa məlumat verib, mütəmadi olaraq həm universitet tələbələrinin, həm də universitetə təşrif buyuran qonaqlarının muzeylə tanışlığının təşkil edildiyindən danışıb. 
Universitetin Tarix muzeyinin direktoru Gülmira Məmmədova Heydər Əliyev muzeyinin tarixi, ulu öndərin həyat və fəaliyyəti, Azərbaycanın inkişafı naminə gördüyü irimiqyaslı quruculuq layihələri barədə ADMİU tələbələrini məlumatlandırıb. Muzey direktoru bildirib ki, universitetin nəzdində yerləşən muzeydə dahi şəxsiyyətin keçdiyi ömür yolunu əks etdirən sənədlər, foto və video materiallarla zəngindir. Muzeylə tanışlığın isə gənclərin və universitetin qonaqlarının dahi şəxsiyyətin zəngin və çoxşaxəli irsinin təbliğində, öyrənilməsindəki mühüm rolunu qeyd edib. 
Muzeylə tanışlıqdan sonra ADMİU-nun tələbələri AzMİU THİK-nin sədri Bayram Aslanovun da iştirakı ilə muzeyin daxilində yerləşən Sərgi Salonunda Şağan 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssəsinin uşaq və gənc sakinlərinin əl işləri ilə tanış olublar. THİK-nin sədri tələbələrə universitetdə açılan sərgi barədə məlumat verib, sərgidə nümayiş olunan əsərlərin sağlamlıq imkanı məhdud gənclərin zəhməti və əməyi hesabına hazırlandığını diqqətə çatdırıb. Daha sonra qonaqlar sərgi salonunda yer alan əsərlərlə tanış olublar.

Tags: Azmiu Azmiu.az
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru