-cı il

Dizayn ixtisasında oxuyan tələbələr Embawood emalatxanasında

TimeƏlavə edilib: 2017-11-23 19:21:32 ViewsOxunub: 72

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) nəzdində yerləşən Embawood şirkətinin Memarlıq, İnşaat, İnşaat texnologiya fakültələri üçün nəzərdə tutulmuş emalatxanasında Memarlıq fakültəsinin dizayn ixtisası üzrə təhsil alan tələbələri üçün dərs keçirilib. Layihə qrafikası və rəngli kompozisiya fənnindən dərsi Memarlıq fakültəsinin Dizayn kafedrasının müəllimi Aytən Şərifova aparıb. 
Dərsdə A.Şərifova tələbələrə rəngli kartonlar və vatmanlardan istifadə etməklə fərqli, qeyri-adi, maraqlı konstruksiyalı maketlər hazırlamağın texnologiyasından danışıb, onlara istiqamət verib. Tələbələr həvəslə qalın vatman, kartonlarla satış və reklam mərkəzlərinin yüngül konstruksiyalarla işlənən maketlərini hazırlayıblar. 
Onu da qeyd edək ki, Memarlıq, İnşaat, İnşaat texnologiya fakültələrinin tələbələri Embawood emalatxanasında keçirilən dərslərə xüsusi maraq və həvəs göstərirlər. Ən yeni, müasir avadanlıqlarla təchiz olunmuş bu emalatxanada tələbələr iş prosesi ilə yaxından, tanış olur, seçdikləri ixtisasla bağlı peşə vərdişlərinə yiyələnir, əyani vəsaitlərlə işləməyi öyrənir, səmərəli təcrübə keçirlər.

Tags: Azmiu Azmiu.az
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Ümumi - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru