-cı il

BDU-nun tələbələri AzMİU-nun nəzdində yerləşən Heydər Əliyev Muzeyində olublar

TimeƏlavə edilib: 2017-11-22 11:31:36 ViewsOxunub: 75

Bu gün AzMİU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev muzeyinin qonaqları Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələri olub. AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə baş tutan ekskursiyada tələbələr ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yoluna nəzər salıblar.
AzMİU THİK-in sədr müavini Şahmar Rəfili muzey haqqında qısa məlumat verərək bildirib ki, AzMİU-nun nəzdində fəaliyyət göstərən və ulu öndərin adını daşıyan muzey 2013-cü il dekabrın 11-də ulu öndərin xatirə günü ərəfəsində yaradıldılıb. Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən foto, video materiallarla zəngindir. Ş.Rəfili mütəmadi olaraq AzMİU THİK tərəfindən universitetin qonaqları və universitetdə təhsil alan tələbələrin muzeylə tanışlığının təşkil edilməsindən də danışıb. 
Daha sonra Muzeyin direktoru Gülmira Məmmədova çıxış edərək məlumat verib ki ümummilli liderin adı Memarlıq və İnşaat Universiteti ilə sıx bağlıdır. AzMİU-nun ilk dəfə 1975-ci il Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını və bunun nəticəsi olaraq muzeyin bu gün universitetdə fəaliyyətinin universitet rəhbərliyi və tələbələrin dahi liderə olan böyük ehtiramının nəticəsi olduğunu qeyd edib. Muzey direktoru ulu öndərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu illərdə İnşaat Mühəndisləri İnstitutuna gəlişinin otaq boyu stendlərdə yer aldığını bildirib.
G.Məmmədova onu da qeyd edib ki, muzeydə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədlər, irimiqyaslı quruculuq layihələri, foto və video materiallar elektron lövhələrlə interaktiv formada gələn qonaqlara təqdim olunur. Muzeydə yerləşən monitorlar dövrlərə görə 4 yerə bölünür. Monitorlarda Sovet dövrü, müstəqilliyin ilk dövrü, müasir dövr və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən həyata keçirilən layihələr (Flame Towers, Heydər Əliyev Mərkəzi, Crystall Hall, Ağ şəhər və s.) öz əksini tapır. Muzeyin daxilində yerləşən böyük manitorda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmlər nümayiş olunur.
Daha sonra BDU-nin tələbələri AzMİU THİK-nin sədri Bayram Aslanovun da iştirakı ilə muzeyin daxilində yerləşən Sərgi Salonunda Şağan 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssəsinin uşaq və gənc sakinlərinin əl işlərinin nümayiş olunduğu sərgiyə baxıblar.

Tags: Azmiu Azmiu.az
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Maraqlı - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru