-cı il

İnşaat-texnologiya fakültəsində Müstəqillik günü

TimeƏlavə edilib: 2017-10-19 15:42:04 ViewsOxunub: 213

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat-texnologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ölkəmizin müstəqilliyinin 26-ci ildönümü ilə bağlı universitetin akt zalında tədbir keçirilib. 
Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümünə həsr olunan tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra müstəqilliyin əldə olunmasında canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva müstəqilliyimizin 26-cı ildönümü ilə əlaqədar tədbir iştirakçılarını, eləcə də xalqımızı ürəkdən təbrik edib. O, suverenliyin əldə edilməsinin qısa tarixinə nəzər salıb, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ölkə müstəqilliyinin əldə edilməsi vətənini, xalqını sevən, onun yolunda canını fəda edən Azərbaycan oğullarının qanı, canı bahasına başa gəlib.
Dekan dövlət suverenliyinin təmin olunmasında gənclərin üzərinə böyük vəzifə düşdüyünü vurğulayaraq, onları vətənpərvər olmağa səsləyib, onların hər birinə ölkəmizin çiçəklənməsi, inkişafı naminə uğurlu işlərə imza atmağı arzu edib.
Daha sonra tədbir fakültənin aktiv tələbələrinin çıxışları ilə davam edib. Tələbələrin ifasında “Ayağa qalx Azərbaycan” şeiri dinlənilib, “Qara dəniz”, “Yaşa Azərbaycan” və digər vətənpərvərlik ruhunda musiqilər səsləndirilib. 
Sonda tədbir “Azərbaycan” mahnısının sədaları altında yekunlaşıb.

 

 

Tags: azmiu 2017
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru