-cı il

Müəllimlər günü AzMİU-da qeyd olunub

TimeƏlavə edilib: 2017-10-05 17:06:54 ViewsOxunub: 800

5 oktyabr- Beynəlxalq Müəllimlər günü münasibəti ilə bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən “Ey hörmətli müəllim, hər könüldə yerin var!” adlı konsert proqramı keçirilib. 
Professor-müəllim heyəti, tələbələrin iştirak etdiyi tədbirin diqqət çəkən məqamlarından biri AzMİU-nu bitirən məzunların müəllimlərinin görüşünə gəlib, onlara bayram günündə öz təbrik paylarını çatdırmaları olub. Ötən illərin məzunları universitetlə bağlı xatirələrini bölüşüb, tələbəlik illərindən danışıblar. Çıxış edən hər kəs zalda əyləşən müəllimlərinin həyatda ən böyük dəstəkçiləri olduğunu, bu gün qazandıqları uğurlarda bu insanların rolunun olduğunu vurğulayıblar. 
THİK-in sədri Bayram Aslanov çıxış edərək bu günün əhəmiyyətindən danışıb, bütün müəllim heyətini təbrik edib. O, bu əhəmiyyətli gündə öz müəllimlərini təbrik etmək üçün məzun tələbələrin müəllimləri ilə görüşünün təşkil edildiyini, müəllimlərin yaddaşında iz qoymuş, universitet həyatında seçilən məzunlara müəllimlərini təbrik etmək üçün şans yaradıldığını və belə maraqlı konsert proqramı hazırladıqlarını bildirib.
AzMİU-nun Tikinti-iqtisad fakültəsinin məzunu, BSC konsaltinq və autsoursinq şirkətinin Marketinq departamentinin direktoru, PR konsultant Tural Abbaslı öz tələbəlik illərini yada salıb, şirin xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Qazandığı uğurlardan söz açan T.Abbaslı universitet illərində THİK-in büro üzvlüyünə qəbul olunduğunu, universitetin bütün tədbirlərində aktiv iştirak etdiyini deyib. O, doğma universitetdə olmaqdan sevinc hissi keçirdiyini, tələbəlik illərində dərs deyən müəllimlərin qarşısında çıxış etməyin isə məsuliyyətli olduğunu dilə gətirib. Çıxışının sonunda ömrünü, həyatını gənclərin təhsilinə, tərbiyəsinə, elmə, gələcəyə inamlı tələbə yetişdirməyə həsr edən müəllimlərini ürəkdən təbrik edib, onlara möhkəm can sağlığı, uğurlar arzulayıb. 
Konsert proqramı məzunların maraqlı ifaları ilə davam edib.

/AzMIU Mətbuat şöbəsi

 

 

 

Tags: azmiu 2017
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru