-cı il

Bu dəfə tələbələrimizin kitabxana ilə bağlı fikirlərini öyrəndik... (Yenilənib)

TimeƏlavə edilib: 2017-10-01 19:30:37 ViewsOxunub: 441

 

Keçən həftə azmiu.az-da tələbələrimizin kitabxanamız barədə fikirlərini dərc etdikdən həmən sonra o ali yerə gedib bütün təklif və şikayətləri mehriban kitabxana rəhbərliyinə çatdırdım. Qapıdan girəndə kitabların iyi, səssizliyi və ən əsası müqəddəs gğrünüşləri məni bura ilk dəfə gəlirmişəm kimi bir duyğuya apardı və sonra da Şahmarın müəllimin tapşırığını yadıma salıb işimə geri qaytardı. Bir az kitabxanada gəzəndən sonra kitabxananın dirktoru Gülxanım xanımın yanına getdim. Əsl kitabxanaçı mehribanlığı və təbəssümüylə məni qarşıladı. Söhbətimizə yeni kitabların olub-olmaması ilə başladıq.

 

-Kitabxanamıza bu tədris ilində yeni kitablar gətirilib?

- Hər il rektorun göstərişinə əsasən müəyyən sayda ictima və bədii kitablar kitabxanamıza əlavə olunur. Tədris kitablarının yeni nəşri bu il olmayıb, amma kirilcə olan kitablar latın qrafikalı kitablarla əvəz olunub. Ümumiyyətlə, bu kitabxananın rəfləri hər il yenilənir.

 

-Tələbələrimizin çoxu kitabların azlığından şikayətlənir. Bu barədə tədbir planı var, yoxsa...?

- Oğlum, kitablarımız az deyil, əslində. Bax, bir kitabdan maksimum iki yüz kitab yığa bilərik bura, düzdümü?! (başımla təsdiq edirəm) Universitetdə isə həmin fənni iki min tələbə keçir. Yəni, kitablar faiz nisbətində düzgün bölünüb, amma razıyıq ki tələbələrə çatmır.

 

-Tələbəmiz Nübar xanım demişdi ki, elektron kitabların yalnız kitabxana daxilində istifadəsi çətinlik yaradır. Bu barədə fikriniz mənə maraqlıdır. Niyə kitabların xarici cihazlara köçürülməsinə icazə yoxdur?

- Buna artıq biz yox, müəllif icazə verməlidi. Kitabın müəllif hüququ kimdədirsə o. Biz yalnız on yeddi səhifəyə icazə veririk. Hər tələbə gəlib bir dərsi köçürə bilər. Amma, gətirdikləri diskin ya da fləşkartın mütləq surətdə yoxlanılmasını xaiş edirik (virus ola bilər və sistemə düşə bilər).

 

- Toğrul Kazımlı isə bəzi fənlərin kitablarının ümumiyyətlə olmamasını vurğulamışdı...

- Bəzi fənlər əvvəllər keçirilirdi indi yox. Bəziləri isə keçmiş tədris illərində yox idi indi var. Buna görə həmin fənlərin kitabları indi hazırlanır. Kitabxanamızda mütləq olacaq.

Direktor Gülxanım müəlliməylə və elektron kitabxana bölməsinin müdürü Fəridə xanımla kitabxanada rəflərin arasıyla bərabər addımladıq. İctimai kitabların düzüldüyü rəflərlə tanış oldum. Siyasi marağı olan gənclərə bu rəflərlə tanış olmağı məsləhət görərdim. Azərbaycan haqqında dəyərli və lazımlı kitablar var idi. Bundan başqa digər rəflərdə ensiklopediyaların, memarlıq haqqında dünya müəlliflərinin kitablarını da gördüm və özümü saxlaya bilməyib iylədim, vərəqlədim. Sonra kitabxanamızın bədii ədəbiyyat olan bölməsinə nəzər yetirdim. “Şərq-Qərb”in bütün Nobel seriyası var idi. Kitabların sırasında Sartrı görüb gülümsədim.

 

-Birinci kurs tələbələr kitabxanaya necə üzv olmaq lazım olduğunu bilmirlər. Bu barədə məlumat verməyinizi xaiş edirəm.

- Bizdə, oğlum, qeydiyyat şəxsiyyət vəsiqəsi və fotoşəkillə mümkündür. Qeydiyyat kitabçaları həm nömrə ilə, həm də əlifba ilə işarə olunur. Tələbə ona verilən nömrəni unutduqda biz onun adını asanlıqla tapa bilirik. Bir də keçən tədris ilndən kitab borcu olan tələbəyə kitab vermirik. Belə olan halda kitab çatışmamazlığı olur. Ona görə, xaiş edirik ki, heç bir tələbə gələn tədris ilinə kitab saxlamasın.

 

-Tələbələrdən razısınız?

- Təkcə mən yox, bütün kollektivimiz razıdı. Kitaba olan maraq bizi sevindirir.

-Çox sağ olun

- Allah amanında.

 

Beləcə söhbətimi yekunlaşdırıb, bir az da kitabxananı gəzib çıxıram.

azmiu.az olaraq çalışdıq ki, tələbələrimizə kitabxana barədə məlumatlar verək. Ümid edirik ki, kitaba olan maraq universitetimizdə daha da artacaq. AzMİU Kitabxanasının kollektivinə də çoxlu təşəkkürlər.

 

2017-10-01 19:30:37 

Dünyanın ən böyük kitabxanasında (Library of Congres) ən çox oxunan şəkilli kitabın memarlıq barədə olmasını oxuyandan sonra bəndəniz fikirləşdi ki, Qafqazın ən böyük memarlıq universitetinin kitabxanası barədə iki hissəli bir yazı yazsın.  Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxanası. Kitabxana barədə məlumatı və reportajı saxladım bu yazının ikinci hissəsinə. Birinci hissəyə isə tələbələrin və özümün  fikirlərimi yığdım. 

Məqaləni hazırladığım həftə boyu hər gün Memarlıq korpusundakı o müthiş sükutu və pıçıldayan qoxusu olan kitabxanamızı müşahidə etdim.  Bəziləri kitabxanadan gec,  bəziləri isə nəsə danışa-danışa tez çıxırdı. Demək olar ki hər tələbənin fikrini azmiu.az üçün öyrəndim.  İndi çox kiçik bir hissəsini təqdim edəcəm. 

Bir balaca da qeyd artırım. Ki, tələbələrimizin səsləndirdiyi problemlər demək olar ki eyniydi. Yazımın ikinci hissəsində kitabxanaçılarla bu problemlərdən söhbət açacağıq. Buyurun, tələbələrimizin kitabxana ilə bağlı fikirlərini sizlərə təqdim edirik.

 

Toğrul Kazımlı  (205 a1)


"Universitetinin kitabxanasından çox istifadə edən biri kimi deyə bilərəm ki,həm kollektiv olaraq, həm də baza olaraq çox yaxşı vəziyyətdədir. Təbii ki hər universitetdə olduğu kimi bizdə də bəzi kitabların tapılmasında çətinliklər yaranır, amma bu kitabları kitabxananın elektron bazasından rahatlıqla tapmaq mümkündür."

 

Rüstəm Mədədzadə (485 a1)


" AzMİU nəzdində fəaliyyət göstərən kitabxana universitetin və kollecin tələbələri üçün geniş imkanlar təqdim edir. Kitabxanamızda Azərbaycan və Rus dili ilə yanaşı həmçinin, İngilis dilində də vəsaitlər mövcuddur. Kitabxanada bundan əlavə onlayn mühazirələr də mövcuddur. Həm kitablar, həm də müasir kompyuterlərlə təchiz olunmuş kitabxanamızda tələbələr lazimi informasiyaları asanlıqla  əldə edə bilirlər. Bundan əlavə kitabxanamızın nəzdində fəaliyyət göstərən oxu otaqlarında tələbələrə dərsdən əlavə zamanlarda məlumat ala bilmələri və rahat şəraitdə müraliə etmələri üçün geniş imkanlar yaradılmışdır".

 

Nübar Həbibova (114 a1)


"Kitabxanamızda kitabların sayının azlığı və elektron versiyalı kitabların yalnız kitabxana daxilində istifadəsi narahatçılıq yaradır. Bir də kitabxanamızda bədii ədəbiyyat guşəsinin yaradılmasını istəyərdim. Kitabxananın sakit olmağı isə ən çox sevdiyim cəhətidi."

 

Ayzənət Bədəlova  (116 a1)


"Bəzi kitabların sayı az olduğu üçün kopya etmək məcburiyyətində qalırıq. Amma, oxu zallarının sakitliyi və rahatlığı xoşuma gəlir. Bir işçilər mehribandı"

 

Elşad Rəhimov (205 a2)


"7-ci mərtəbədəki oxu zalından istifadə edirəm lap çox. Düzü oradakı sakitliyi bəzən işçilərin özü pozur (gülür). Amma, axtardığım kitabları- ixtisasıma uyğun- həmişə tapmışam".

 

Ruqiyyə Rzayeva (205 a4)


"Yaxşı xüsusiyyəti odur ki, sakitçiliyə riayət edilir, rahat oturub kitab oxumaq olur. Amma, kitab sayı yetərincə deyil və pdf formasını götürüb oxumaq olmur"

 

Sənan İsaxanlı (306 a1)


" Universitetin kitabxanasından dəfələrlə istifadə etmişəm. Elektron kitablar və mühazirələr, müxtəlif resurslar tələbələrin işini xeyli asanlaşdırır. Ən əsası kitabxana işçilərinin tələbələrlə olan münasibəti çox xoşdur".

 

(ardı var)


Hazırladı: azmiu.az-Rəvan Cavid

Tags: azmiu 2017
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Müsahibə - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru