-cı il

Azərsu-da AzMİU-nun kafedrasının filialı açılıb

TimeƏlavə edilib: 2017-09-26 21:06:47 ViewsOxunub: 606

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) filialının açılışı olub. 

 

AzMİU-nun Mətbuat Şöbəsindən azmiu.az-a bildirilib ki, açılışda ASC-nin məsul işçiləri, AzMİU-nun professor-müəllim heyəti, tələbələri iştirak edib. 

 

Cəmiyyətin sədr müavini Seymur Seyidov 2012-ci ildə AzMİU ilə ASC arasında bağlanmış memorandumu yada salaraq, bu əməkdaşlığın əsasının illər əvvəl qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, həmin memoranduma əsasən, 2015-ci ildə ASC-nin dəstəyiylə Ekologiya kafedrasında müasir avadanlıqlarla təchiz olunmuş su təchizatı problemləri üzrə Elmi-Tədqiqat və Tədris Laboratoriyası yaradılıb: “Burada quraşdırılmış cihazların köməyi ilə içməli və çirkab suların tərkibindəki 40-dək göstəriciləri təyin etmək mümkündür. Tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərini iş prosesində, təcrübədə tətbiq etmələri üçün belə laboratoriyaların böyük əhəmiyyəti var”.

 

S. Seyidov bu əməkdaşlığın davamı olaraq yeni açılan filialın da tələbələr üçün faydalı olacağına əminliyini bildirib. 
 

AzMİU-nu tədris işləri üzrə prorektoru Akif Qasımov ölkə prezidentinin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, istehsalatla əlaqələrin gücləndirilməsini müasir dövrün tələblərindən biri kimi dəyərləndirən prorektor kafedranın filialının açılışını mühüm hadisə adlandırıb. A. Qasımov birgə əməkdaşlığın yaxın gələcəkdə müsbət nəticələr verəcəyini, tələbələrin kadr kimi yetişmələrində, karyera qurmalarında faydalı olacağını vurğulayıb. 

 

Məlumat üçün qeyd edək ki, Azərsu ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda (ETLİ) açılan filial AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin magistr tələbələri üçün nəzərdə tutulub. Belə ki, magistratura səviyyəsində təhsil alan tələbələr artıq dərslərini bu filialda keçəcək, Sukanal ETLİ-nin müvafiq laboratoriyalarında təcrübə keçəcək, nəzəri biliklərini möhkəmləşdirəcəklər. 

Tags:
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru