-cı il

M.Fira - Sevin, sevilin, dünya sevgidən ibarətdir...

TimeƏlavə edilib: 2017-09-22 11:05:31 ViewsOxunub: 698

azmiu.az yeni tədris ilində tələbələrdən müsahibə almağa davam edir. İlk müsahibimiz  ST və MKS fakültəsinin 3-cü kurs tələbəsi Fira Mabudovadır. Maraqlı və səmimi söhbətimiz oldu.  Fira keçən il uşaqlar evi üçün hazırladığı bir xeyriyyə kompaniyasıyla yadımızda qaldı. Bu cür layihələrin təşəbbüskarını həvəslə tanıdıq. Buyurun, siz də oxuyun, siz də tanıyın.

Universitetlərə ali təhsil ocağı deyirlər. Səncə, universitetlər hansı ali dəyərləri formalaşdıra bilir?

- Ali təhsil  ocağı,  ali təhsil alaq deyə  yaranmış  bir qurum.  Bizim ölkədə  uşaq istədi ya istəmədi oxumalıdı. Sonra #camaatnədeyər olar. Universitet adama çox şeyi qazandırır: dostları, dünyagörüşünü, təcrübəni, biliyi və s.

Sən də "camaatnədeyər "in "qurbanı" oldun?

-Yox

 Bu ixtisası əvvəldən düşünürdün,  yoxsa müsabiqə nəticələri  səni “məcbur etdi” bu ixtisasda təhsil almağa?

-Əvvəlcə  inşaat mühəndisliyi istəyirdim,  alınmadı. Bu ixtisasa qəbul oldum, amma  heç  peşman  deyiləm.

 Universitetdəki tədris sistemi səni qane  edir? Hansı dəyişiklikləri görmək istəyərdin?

- Edir,  sadəcə  praktika çox olsaydı daha yaxşı olardı.

 Universitetin kitabxanasından yəqin ki istifadə edirsən.  Nə səni qane etmir və ya çox yaxşı qane edir?

- Rus sektor üçün ədəbiyyat azdı, məsələn.

 Hansı müəllimin dərs keçmə metodikasını  sevirsən?

-Saralmış vərəqlərdən dərs keçən, SSRİ-nin dövründən qalmış leksiyaları deyən müəllimlər yaxşı ki yoxdur (gülür). Slaydlarla keçirilən dərslər  daha maraqlıdı, məncə.

AzMİU  digər universitetlərdən  nə ilə fərqlənir?

-Digər universitetlərdə olmamışam deyə heç nə deyə bilmərəm, günaha batmış olmayım.

Fira, ictimai işlərdə fəal olmaq nə qazandırır bizə?

-İnsanları tanımağı. Ne qədər çox tanımış olsan, seçimin o qədər düz olar.  Ətrafımızı genişləndirir.  Məsələn, birinci kursun bu vaxtları ağlımda uşaqlar evinə  getmək  var idi.  Tədbirə getdim, iclasa getdim, birinci kursun sonunda iki gün  ərzində  40 nəfər  yığdım uşaqlar evi üçün (cəmi 15-ə yaxın adam gəldi).

Çox yaxşı təşəbbüs idi. Təbrik edirəm.

-Təşəkkürlər

Elə bir planın var başqa?

-Oktyabr  ayında etmək fikrim var.

Bizə ürək sözün…

- Sevin, sevilin, dünya  sevgidən  ibarətdir.   Sevgi deyəndə  hər zaman əks cinsi bilməyin.  Uşaqlara sevgi, ailəyə sevgi.  Və  bacarın  yaxşı dostlar qazanın,  çox  olması vacib deyil.  Az olsun,  saz olsun.

 

Hazırladı: azmiu.az-Rəvan Cavid

Tags: azmiu.az azmiu azmiu az telebe musahibe fira
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Müsahibə - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru