-cı il

Sülh və təhlükəsiz əmək insan həyatının təminatıdır - mövzusunda seminar keçirilib

TimeƏlavə edilib: 2017-09-19 19:36:22 ViewsOxunub: 119

  Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Memarlıq və İnşaat Universitetində ( AzMİU)21 Sentyabr-Beynəlxalq Sülh gününə həsr olunan “Sülh və təhlükəsiz əmək insan həyatının təminatıdır” mövzusunda seminar  keçirib.  
          Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı region  (Bakının Yasamal və Qaradağ rayonları) üzrə rəisi Mirsəməd Seyidov təmsil etdiyi qurumun fəaliyyətindən, əməyin mühafizəsi sahəsində görülən işlərdən, BMT tərəfindən 21 sentyabr-Beynəlxalq Sülh gününün təsis olunması tarixindən və onun dünyada sülh mədəniyyətinin təbliğində önəmindən bəhs edib. Qeyd olunub ki, hər il Beynəlxalq Sülh günü ilə əlaqədar ombudsmanın təşəbbüsü ilə ölkəmizdə keçirilən  “Sülh aylığı” çərçivəsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müxtəlif tədbirlər təşkil olunur. Hazırkı seminar da hər bir işçinin həyat və sağlamlığının mühafizəsi baxımından vacib olan əməyin təhlükəsizliyi ilə bağlı tələbələr arasında ətraflı məlumatlandırmanın həyata keçirilməsi ilə “Sülh aylığı”na töhfə vermək məqsədinə yönəlib. AzMİU-da təhsil alan tələbələrin gələcəkdə inşaat sektorunda əmək fəaliyyətinə başlayacağını nəzərə aldıqda onlar üçün bu mövzuda məlumatlandırmanın aparılması, xüsusən də tikinti sahəsində əməyin mühafizəsinin təşkili ilə bağlı onlara məlumatların verilməsi böyük önəm kəsb edir.
       Tədbirdə Regional bölmənin əməkdaşları Rəna Tağıyeva, Arif İmamverdiyev çıxış edərək  ölkəmizdə əməyin mühafizəsi, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı fəal dövlət siyasətinin həyata keçirildiyini, Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququnun təsbit edildiyini vurğulayıblar.Regional bölmənin əməkdaşı Toğrul Əsədov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərindən biri olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi, onun üstünlükləri barədə  seminar iştirakçılarına məlumat verib.
          AzMİU-da fəaliyyət göstərən “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Emil Qafarov əməkdaşı olduğu kafedranın 20 ildən artıqdır ki, fəaliyyət göstərdiyini deyib, kafedranın maddi-texniki bazası barədə tədbir iştirakçılarına məlumat verib. Həmçinin, E.Qafarov əməyin mühafizəsi, texniki təhlükəsizlik, risklərin idarə olunması barədə geniş məruzə ilə çıxış edib.
      Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

 

 

Tags: #azmiu.az #azmiu #azmiu az #telebe
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru