-cı il

MİT fakültəsinin ilk sərgisi açılıb

TimeƏlavə edilib: 2017-09-19 19:11:31 ViewsOxunub: 525

Sentyabrın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda Mexanika və informasiya texnologiyaları (MİT) fakültəsinin Texnoloji maşın və avadanlıqlar mühəndisliyi ixtisasında təhsil alan 2-ci kurs tələbəsi Elvin Rəhimlinin fərdi yaradıcılıq sərgisi açılıb.
 
           Sərginin açılış mərasimində çıxış edən AzMİU-nun rektoru, professor  Gülçöhrə Məmmədova yeni dərs ilinin başlanması münasibəti ilə universitetin professor-müəllim heyətini, tələbələri təbrik edib. E.Rəhimlinin  MİT fakültəsində təhsil almasına baxmayaraq bu cür istedada malik olmasını təqdirəlayiq hal kimi qiymətləndirən rektor ona müvəffəqiyyətlər arzu edib.
      
          MİT fakültəsinin dekan əvəzi Telman Aslanov fakültənin ilk dəfə təşkil etdiyi sərginin davamlı olacağına ümid bəslədiyini deyib və sərgini açıq elan edib. Daha sonra MİT fakültəsinin dekanı sərginin rəmzi qırmızı lentini kəsib, sərgi iştirakçıları gənc tələbənin əl işləri ilə tanış olublar.
       
          Sərgi salonunda E.Rəhimlinin yağlı boya, karandaş, qələmlə çəkdiyi rəsmlərdən ibarət əl işləri nümayiş olunub. Nümayiş olunan rəsmlər arasında istedadlı rəssamın  əsasən, yağlı boya ilə çəkilmiş portret, natürmort, şəhər mənzərəsi  təsvirli əl işləri xüsusi yer alıb. Dünya şöhrətli Merlin Monro, Ancelina Coli və.başqa tanınmış simaların karandaş və qələmlə çəkilmiş təsvirləri, eləcə də AzMİU-nun rektoru G.Məmmədovanın və E.Rəhimlinin nənəsinin yağlı boya ilə çəkilən portretləri xüsusilə diqqət cəlb edib, ziyarətçilər tərəfindən böyük marağa səbəb olub.
 
          Məlumat üçün onu da qeyd edək  ki, sərgi universitetin sayca 105-ci, MİT fakültəsinin isə ilk sərgisidir və sentyabrın 21-dək davam edəcək.


 

 

Mənbə: AzMİU Mətbuat Şöbəsi

Tags: #azmiu.az #azmiu #azmiu az #telebe #MIT
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Maraqlı - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru