-cı il

Bilik Günü AzMİU-da qeyd olunub

TimeƏlavə edilib: 2017-09-15 20:18:41 ViewsOxunub: 476

Sentyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bilik günü münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himniylə açılan tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edib.
      Tələbələri, professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edən rektor ölkə prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətini artırmaq üçün aparılan islahatlardan danışıb. Rektor bu ilki qəbul prosesinə toxunaraq yüksək balla universitetə daxil olub tələbə adını qazanan abituriyentləri də təbrik edib. O qeyd edib ki, 2017/2018-ci tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ali təhsilin bakalavriat səviyyəsində 8 fakültəsinə 25 ixtisas üzrə 1725 plan yeri ayrılıb. Bu yer üzrə 1607 nəfər abituriyent qəbul olaraq tələbə adını qazanıb. “Onlardan 555 nəfəri dövlət sifarişi, 1052 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Göründüyü kimi, bu il AzMİU-nu seçən abituriyentərin sayı keçən illərlə müqayisədə daha da artıb. Keçən il universitetin qəbul planı 84 %, bu il isə 93,2% yerinə yetirilib. Qəbul imtahanında ən yüksək bal toplayan Mətanət Qurbanova 650 balla Memarlıq fakültəsinin ingilis dilli qrupuna daxil olub. 500 baldan yüksək yığan 40 nəfər də AzMİU-nu seçib. Bütün bunlar bir daha təsdiqləyir ki, Universitetdə bütün ixtisaslara daha savadlı, bacarıqlı abituriyentlər qəbul olunublar. AzMİU-nun magistratura pilləsində də qəbul göstəriciləri yüksək olan 220 bakalavr magistr adını qazanıb.
      Rektorun geniş və əhatəli çıxışından sonra söz qonaqlara verilib, AzMİU-nun keçmiş məzunu, millət vəkili Aydın Mirzəzadə tələbələri dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar diləyib.
      Bu il birinci kursa qəbul olunan tələbələr də tədbirdə çıxış ediblər, qazandıqları uğurlara görə təhsil aldıqları təhsil ocaqlarına minnətdarlıqlarını bildiriblər, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
      Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim olunub, onlarla xatirə şəkli çəkilib.

İstinad: azmiu.edu.az

 

Tags: azmiu 2017 qebul
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Tədris - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru