-cı il

AzMİU əməkdaşlarının dissertasiya işləri uğurla yerinə yetirilib

TimeƏlavə edilib: 2017-09-13 18:46:37 ViewsOxunub: 503

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Strategiyasına uyğun olaraq ali təhsil müəssisələrində ölkənin sosial-iqtisadi inkişaf tələblərinə müvafiq “Tikintinin iqtisadiyyatı və idarəedilməsi” istaqamətində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması bu gün universitetlərin qarşısında duran ciddi tələblərdən biridir. Ölkəmizin digər ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də bu məsələ aktualdır. 
Universitetin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan təhsil sistemində insan resurslarının müasirləşdirilməsi tələblərinə müvafiq olaraq bu istiqamətdə ciddi uğurlara imza atıb. Belə ki, sözügedən kafedranın 4 əməkdaşı və 1 nəfər İran İslam Respublikasının vətəndaşı bu günlərdə “Sahə iqtisadiyyatı” ixtisası üzrə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib və onların işi Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən təsdiq olunub. Onu da qeyd edək ki, tədqiqat işləri AzMİU-nun Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədovun rəhbərliyi altında aparılıb. 
Müdafiə edən gənc alimlərimiz, AzMİU-nun Tikinti-iqtisad fakültəsinin baş müəllimləri - Arif Binnətov, Fidan Məmmədova, Bəşər Şirinov, Kəmalə Məmmədova və İran vətəndaşı Parham Hosseinə AAK-ın qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

- AzMİU Mətbuat Şöbəsi

Tags:
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Tədris - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru