-cı il

AzMİU-ya qebul olan magistrantların sayı artıb

TimeƏlavə edilib: 2017-09-12 12:06:50 ViewsOxunub: 526

Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistratura səviyyəsinə 220 bakalavr qəbul olunub. Onlardan 117 nəfəri dövlət hesabına, 103 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Qəbul olan tələbələr arasında yüksək nəticə göstərərək tələbə adını qazananlar çoxluq təşkil edir. 
Ən yüksək nəticə göstərərək qəbul olunmuş bakalavrlardan İnşaat mühəndisliyi ixtisasını seçmiş İbrahim Həşimli(119 bal), Sənaye və mülki tikinti ixtisası üzrə Ülvi Aslanlı (119 bal), Bina və qurğuların memarlığı ixtisasında Teymur İsazadə (114 bal), Bina və qurğuların tikintisinin təşkili və texnologiyası ixtisası üzrə Laçın Nuriyev (112 bal) və başqalırının adını çəkmək olar.
Onu da qeyd edək ki, ötən tədris ili ilə müqayisədə qəbulun nəticələrində artım müşahidə olunur. Belə ki, magistraturada oxuyan tələbələrin sayı 160 nəfərdən 220 nəfərə qədər yüksəlib.
Bu tədris ilində AzMİU-nun SABAH qruplarında təhsil alacaq tələbələrin sayı 38 olub. Eyni zamanda, bu il SABAH qruplarına 2 ixtisas üzrə qəbul aparılıb ki, onlardan Memarlıq yeni ixtisasdır. Ümumilikdə, AzMİU-nun SABAH qrupları tələbələrinin sayı 100-dən çoxdur.

 

*AzMİU-nun Mətbuat Şöbəsi

Tags: #azmiu.az #azmiu #azmiu az #telebe magistr azmiu magistartura
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Tədris - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru