-cı il

AzMİU Sorbonna Universitetinin Abu-Dabi filialı ilə birgə təlimlərə başlayıb

TimeƏlavə edilib: 2017-09-12 12:03:31 ViewsOxunub: 424

Sentyabrın 11-də Bakıda Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Fransanın Sorbonna Universitetinin Abu-Dabi filialının birgə təşkilatçılığı ilə “Universitet sistemində interaktiv təhsil” adlı treninqlərə start verilib.

AzMİU-dan APA-ya bildirilib ki, açılış mərasimində Abu-Dabi filialının təmsilçisi İmran Muxtarov treninqin dörd gün davam edəcəyini deyib. AzMİU-nun 80 müəlliminin iştirak edəcəyi treninqdə Sorbonna Universitetinin professoru Florent Pratlong mühazirə oxuyacaq. O, universitetdə müasir təlim metodlarının tətbiqi və idarəetmə yolları, tədris və təhsildə keyfiyyətə nəzarət, beynəlxalq təhsil qanunvericiliyi, universitetdə auditoriyanın idarə edilməsində kritik məqamlar, konfliktlər və nəzərə çarpacaq inkişaf modellərinə toxunacaq. Fransalı professorla yanaşı, treninqdə respublikanın əməkdar psixoloqu Həlimə Qəmərlinskaya da AzMİU-nun müəllimləri üçün mühazirə oxuyacaq.

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrdən danışıb. Səfir AzMİU ilə Sorbonna Universiteti arasındakı əlaqələri yüksək qiymətləndirib, bu əməkdaşlıq əsasında keçirilən təlimlərin səmərəli olacağına ümidvar olduğunu bildirib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlığından bəhs edib. Rektor Azərbaycanın və Fransanın ali təhsil ocaqları arasındakı əlaqələrin böyük tarixi olduğunu bildirib: “Çalışırıq ki, təhsilimizin modernləşməsində, əməkdaşlarımızın elmi səviyyələrinin artırılmasında bu münasibətlərdən faydalanaq”.

Tədbirin sonunda Azərbaycan və Fransa ali təhsil ocaqları arasında ikitərəfli münasibətlərin qurulmasına, bütövlükdə Azərbaycanda təhsilə verdiyi dəstəyə görə AzMİU-nun rektoru Fransanın səfirinə diplom təqdim edib, ona bu fəaliyyətini davam etdirməsində uğurlar arzulayıb.

Tags: #azmiu.az #azmiu #azmiu az #telebe
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Maraqlı - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru