-cı il

Universitet sistemində interaktiv təhsil - mövzusunda treninqlərə başlanılıb

TimeƏlavə edilib: 2017-09-12 12:00:45 ViewsOxunub: 472

Sentyabrın 11-də Bakıda “Universitet sistemində interaktiv təhsil” mövzusunda treninqlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Fransanın Sorbonna Universitetinin Abu-Dabi filialının birgə təşkilatçılığı ilə keçirilən təlimlər dörd gün davam edəcək.
Treninqin açılış mərasimində çıxış edən Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrdən danışıb. Bildirilib ki, Azərbaycanın və Fransanın ali təhsil ocaqları sıx əməkdaşlıq edir və bu da ölkələrimiz arasındakı münasibətlərin genişlənməsinə töhfəsini verir. AzMİU ilə Sorbonna Universiteti arasındakı əlaqələri yüksək qiymətləndirən O.Buşez qeyd edib ki, bu əməkdaşlıq əsasında keçirilən təlimlər səmərəli olacaq.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən, o cümlədən əməkdaşlıq etdiyi nüfuzlu ali təhsil ocaqları barədə məlumat verib. Diqqətə çatdırıb ki, universitet təhsilin modernləşməsi istiqamətində səylə fəaliyyət göstərir. Belə ki, beynəlxalq əməkdaşlıq AzMİU üçün böyük əhəmiyyət kəsb edir. Bu ali təhsil ocağı bir sıra beynəlxalq təhsil qurumlarının, universitet birliklərinin üzvüdür. O deyib: “Çalışırıq ki, təhsilimizin modernləşməsində, əməkdaşlarımızın elmi səviyyələrinin artırılmasında bu münasibətlərdən faydalanaq”.
Azərbaycan ilə Fransanın ali təhsil ocaqları arasındakı əlaqələrin böyük tarixi olduğunu deyən rektor bildirib ki, son zamanlar daha da genişlənən bu münasibətlər yeni mərhələyə qədəm qoyub. Belə ki, AzMİU Fransanın Montpellier və digər universitetləri ilə sıx əməkdaşlıq edir. Montpellier Universiteti ilə 2001-ci ildən etibarən davam edən əməkdaşlıq hazırda yeni mərhələdədir. Bu əlaqələri daha da genişləndirmək, hər iki universitetin xeyrinə inkişaf etdirmək üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Təlimin əhəmiyyətini vurğulayan rektor diqqətə çatdırıb ki, treninqdə AzMİU-nun 80 müəllimi iştirak edəcək. O, təlimin müəllimlər üçün faydalı olacağına əminliyini ifadə edib.
Tədbirdə təhsilə verdiyi dəstəyə görə səfirə diplom təqdim edilib.
Treninqdə Sorbonna Universitetinin professoru Florent Pratlongun mühazirəsi dinləniləcək. O, mühazirəsində ali təhsil ocaqlarında müasir təlim metodlarının tətbiqi, idarəetmə yolları, təhsildə keyfiyyətə nəzarət və bu kimi məsələlərə toxunacaq. Treninqdə, həmçinin tanınmış psixoloq Həlimə Qəmərlinskaya AzMİU-nun müəllimləri üçün mühazirə oxuyacaq.

Tags: #azmiu.az #azmiu #azmiu az #telebe
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Maraqlı - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru