-cı il

AzMİU-nun professoru Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

TimeƏlavə edilib: 2017-06-29 15:07:41 ViewsOxunub: 580

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sənayenin təşkili və idarə edilməsi kafedrasının müəllimi, professor Ədalət Əliyev Almaniyanın Honnover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. 
Akademiyanın Rəyasət Heyəti Ə.Əliyevin böyük elmi xidmətləri, elmi-praktik fəaliyyəti və istehsalatda qazandığı uğurları nəzərə alaraq bu məşhur elm ocağının akademiki seçilməsi haqqında qərar qəbul edib.
Alim, həmçinin ATEA-nın prezidenti, professor V.Q.Tıminski tərəfindən imzalanan və həmin akademiyanın möhürü ilə təsdiq edilən diplom və döş nişanı ilə də təltif olunub.
Qeyd edək ki, Ə.Əliyev 200-dən çox məqalə, 42-dən çox kitab və 4 ixtira müəllifidir.
Məlumat üçün onuda bildirək ki, ATEA 2002-ci ildə vahid ümumavropa elmi mühitinin formalaşdırılması məqsədi ilə Almaniyanın Hannover şəhərində yaradılıb. Avropa xalqlarının ümumi elm və mədəniyyətinin birinə yaxınlaşdırılması və demokratik dəyərlərin təbliği ilə məşğuldur.

- AzMİU Mətbuat Xidməti

Tags: #azmiu.az #azmiu #azmiu az #telebe #edaleteliyev
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Maraqlı - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru