-cı il

AzMİU-nun Nəqliyyat fakültəsinin tələbələri buraxılış işlərini müdafiə edirlər

TimeƏlavə edilib: 2017-06-23 17:44:49 ViewsOxunub: 871

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin bakalavr pilləsində təhsil alan 4-cü kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi olub. 
Buraxılış işlərinin müdafiəsi üçün tərkibi 7 nəfərdən ibarət olan dövlət Atestassiya Komissiyası yaradılıb. Müdafiədə Komissiyanın sədri və üzvülər, həmçinin müəllimlər də iştirak ediblər. Nəqliyyat fakültəsində keçirilən müdafiədə SABAH qrupunun 6 tələbəsi olmaqla ümumilikdə 9 tələbənin buraxılış işi dinlənilib. 
Aşkarlıq şəraitində keçirilən müdafiədə tələbələr işlədikləri mövzular ətrafında çıxışlar edib, müəllimlərin suallarını cavablandırıblar. Mövzularına uyğun olaraq 7-8 dəqiqəlik çıxışlarında buraxılış işlərinin mövzusuna uyğun olaraq şəhər, rayon ərazilərində çay üzərində körpü keçidi, dayaz qoyuluşlu metropoliten tuneli, rayon məntəqələri arasında asfatbeton və semetbeton örtüklü avtomobil yollarının layihələndirilməsində tətbiq etdikləri üsullar barədə Komissiya üzvlərini məlumatlandırıblar.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Memarlıq fakültəsində keçirilən buraxılış işlərinin müdafiəsindən sonra tədris işləri üzrə prorektor Akif Qasımovla birlikdə Nəqliyyat fakültəsində keçirilən buraxılış işlərinin müdafiəsi prosesini də yaxından izləyib. Rektor diplomantların çıxışlarını dinlədikdən sonra buraxılış işlərinin məzmunu ilə bağlı onlara suallar verib. 
Məlumat üçün bildirək ki, diplom buraxılış işlərinin müdafiəsinin qiymətləndirilməsi 2 mərhələdə aparılır, rəyçilər tərəfindən ilkin qiymətləndirmə həyata keçirilir. Burada işlər maksimum 50 bala qədər qiymətləndirilir. İkinci mərhələdə isə dövlət attestasiya komissiyası üzvlərinin qarşısında diplom işinin məzmunu çatdırılır, onların sualları cavablandırılır və bunların əsasında qiymətləndirmələr aparılır. Qeyd edək ki, ikinci mərhələdə, birinci mərhələdə olduğu kimi tələbəyə maksimum 50 bal verilə bilər.

 

Tags: #azmiu.az #azmiu #azmiu az #telebe #neqliyyat #diplom
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Tədris - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru