-cı il

İnşaat mühəndislərinin peşə inkişafına yardım İctimai Birliyinin təqdimat mərasimi keçirilib

TimeƏlavə edilib: 2017-06-20 16:37:42 ViewsOxunub: 442

İyunun 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaat mühəndislərinin Avropa Şurasının Baş Assambleyasına üzv qəbul edilməsi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev ACE İctimai Birliyinin Bakı şəhərində AZMİU-nun təşəbbüsü ilə yarandığını və birliyin ərsəyə gəlməsində AzMİU-nun rektoru Gülçöhrə Məmmədovanın rolunu xüsusi vurğulayıb. O, bildirib ki, birliyin yaradılmasında məqsəd inşaat sektorunda çalışan insanları, mütəxəssisləri bir araya yığmaq, bu sahədə olan naliyyətləri paylaşmaq, mövcud problemlərin həllinə birlikdə nail olmaqdır.
İctimai Birliyin İdarə heyətinin sədri Aydın Piriyev ACE-nin Avropa Şurasının Baş Assambleyasının bu ilin 2-3 iyun tarixlərində Türkiyə İnşaat Mühəndisləri odası tərəfindən təşkil edilən 65-ci toplantısında birliyin assambleyaya üzv qəbul edildiyini diqqətə çatdırıb. O, Avropa Şurasının Baş Assambleyasının 1985-ci ildən fəaliyyət göstərdiyini, 20 Avropa ölkəsinin İnşaat Mühəndisləri Assosiyasiyalarıının bu qurumda təmsil olunduğunu deyib. A.Piriyev SSRİ dağıldıqdan sonra quruma Latviya, Estoniya, Litva, Rusiya, Gürcüstan, Ukrayna ölkələrinin aidiyyatı qurumlarının daxil olduğunu və quruma daxil olan 27-ci ölkənin isə Azərbaycan olduğunu bildirib.
A.Piriyev prezentasiya ilə çıxış edərək ictimai birliyin əsas məqsəd və vəzifələri barədə tədbir iştirakçılarını məlumatlandırıb. ACE-nin əsas məqsədinin inşaat mühəndislərinin peşə bilikləri, peşə bacarıqları və inşaat mühəndisi peşəsinin nüfuzunun artırılmasına yardım göstərmək, Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıqlarını həyata keçirmək, investisiya-tikinti fəaliyyətinin qanunvericilik və normativ hüquqi bazasının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək, müvafiq sahələrdə beynəlxalq təcrübəni öyrənmək və.s olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tags: #azmiu.az #azmiu #azmiu az #telebe
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Ümumi - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru