-cı il

AzMİU-da elmi-praktik konfrans keçirilib

TimeƏlavə edilib: 2017-06-08 22:15:26 ViewsOxunub: 450

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) AR Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu, Azəristiliktəchizat ASC və AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının birgə təşkilatçılığı ilə “Müasir istilik təchizatında proqressiv texnologiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları öncə ulu öndər Heydər Əliyevin universitetin həyətində ucaldılmış abidəsi önünə gələrək xatirəsini yad edib, büstü qarşısına əklil qoyublar. Sonra tədbir öz işini universitetin konfrans zalında davam etdirib. 
AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov çıxış edərək konfransın plenar iclasını açıq elan edib. Prorektor konfransda müzakirə olunacaq mövzunun aktuallığına diqqət çəkərək konfransda iştirak edən gənc tədqiqatçıların bu mövzunun araşdırılmasında yaxından iştirak etməyə səsləyib. A.Şərifov, həmçinin kafedra və Azəristiliktəchizatın birgə əməkdaşlığını təqdirə layiq hal kimi qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib və konfransı açıq elan edib.
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev çıxış edərək müasir dövrdə istilik təchizatında enerjiyə qənaət edilməsi məsələsinə toxunub, bu istiqamətdə beynəlxalq institutlarda aparılan təqdiqatlardan söz açıb. Dekan bildirib ki, konfransın mövzusu gələcəkdə bu sahədə aparılacaq işlərə istiqamət verəcək.
Konfransda çıxış edən Azəristiliktəchizat ASC nəzdində MMC-nin prezidenti Rəşad Abdullayev konfransın yüksək səviyyədə təşkil edilməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. R.Abdullayev bugünkü günün təmsil etdiyi qurum üçün önəmli gün olduğunu, ölkə prezidentinin 847 saylı sərəncamına əsasən, 8 iyun 2005-ci ildə “Azəristiliktəchizat” ASC-nin yaradıldığını, qurumun Azərbaycan Respublikasında yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərinin həyata keçirdiyindən danışıb.
Plenar iclasda Ekologiya kafedrasının müdiri Fəqan Əliyev “Müasir istilik təchizatında proqressiv texnologiyalar”, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov isə “Müasir istilik təchizatı sistemlərinin enerji effektivliyinin artırılması” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransda digər universitetlərin nümayəndələri ilə yanaşı, xarici qonaqlar da iştirak ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının sualları cavablandırılıb. 
Daha sonra konfrans öz işini 2 bölmədə davam etdirib.

- AzMİU-nun Mətbuat Şöbəsi

Tags: #azmiu.az #azmiu #azmiu az #telebe #konfrans
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Ümumi - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru