-cı il

M.Səfər - Sözsüz ki, hər vaxt universitetimizi təmsil edirəm...

TimeƏlavə edilib: 2017-05-30 21:12:54 ViewsOxunub: 1162

Bu dəfəki müsahibim qeyri-adi pozitivliyə malikdir desəm, yanılmaram. Söhbətimiz “Ağ Şəhər” bulvarında oldu və uzun bir müsahibəyə baxmayaraq heç yorulmadım. Bu aktiv gəncin simasında inkişafdan yorulmayan bir gəncliyin nümayəndəsini görürdüm. O, “Bakı 2017 IV İslam Oyunları”nın səfiri,  Təhsil Nazirliyi “BİR” Tələbə-Könüllü Proqramının AzMİU üzrə Koordinatoru, “İnşaat” fakültəsi THİK sədr müavinidir.

Buyurun, sizə “İnşaat” fakultəsi 205 a3 tələbəsi Səfər Məmmədovun müsahibəsini təqdim edirik.

 

-Könüllülük fəaliyyəti üçün hansı özəlliklərə sahib olmaq lazımdır? Ümumiyyətlə, səncə hansı xarakter vacibdir bu işdə?

-Pozitiv olmaq, məsələlərə daha mülayim yanaşmaq. Problemləri obyektiv həll etməyi bacarmalıdır. Müəyyən intellekt səviyyəsinə malik olmalıdır, məsələn, dil biliyi üstün olmalıdır. Vətənpərvər, ölkəsini sevən biri olmalı.

-Bu işə sənin marağını artıran nə oldu? Və ya kimdənsə örnək götürdünmü?

-Möhtəşəmliyi sevən biriyəm! “Ölkəm üçün nə edim?” deyə düşündüm və bu proqramlara qoşuldum. Əlimdən gələnin artığını etməyə çalışıram. Biz beynəlxalq arenada ölkəmizin tanınmasını istəyirik.

-“BİR” könüllüsü olmaq və bir tələbə olmaq...ikisi bir arada çətin deyil? Vaxtını necə nizamlıyırsan?

-İlk vaxtlar çətin idi, vaxtımı bölə bilmirdim. Müəyyən vaxtdan sonra bu yaşam tərzinə çevrildi. İndi hər şeyin öz vaxtı var artıq.

-Bu misiya ilə məşğul olmaq universitetdəki ictimai işlərdə də fəallığını artırır yəqin...

-Sözsüz! Hər vaxt universitetimizi təmsil edirəm.  AzMİU mənə diqqət göstərir, buna görə minnətdaram.

-Çox pozitiv birisən. Bu motivasiyanı, bu enerjini özünə hardan “toplayırsan?”

-Özümdən. Özümə inamımdan daha doğrusu. Heç vaxt ümidimi itirmirəm. Mənfi bir hal baş verəndə bunu normal qarşılayıram və nəticə çıxarmağa çalışıram.

-Bu günkü gəncliyimizin diqqətini çəkən ən müsbət və ən fənfi nüanslar, xarakterlər hansıdır, fikrincə?

-Müsbət-nəyisə öyrənməyə çalışırlar, gələcəyi düşünürlər. Amma məni narahat edən yaşlı nəsil. Bəzi vaxtlarda mane olmasınlar. Çoxdu, hansını desəm... (gülür).

-Gəncliyin uğurlarını 3 sözlük bir cümlə ilə ifadə edə bilərsənmi?

-İrəli getməyin açarı çalışmaqdır. Onu 4 etsək...(gülür)

-Bir AzMİU tələbəsi kimi tədrisdə hansı dəyişiklikləri istərdin?

-Daha innonativ vasitələrdən istifadə etsinlər. Elə öz ixtisasımdan götürək. Hesablama dərsləri filan maketlə olsa yaxşı olar.

-Gələcəkdə inşaatçı kimi hansı fərqli layihəyə imza atmaq istəyirsən?

-Ekobina yaratmaq istəyirəm. Bütün enerjini alternativ mənbədən alsın.

-Ətrafındakı dostlarının, ailənin, çevrənin bu fəaliyyətə münasibəti və marağı necədir?

-Ailəm həmişə yanımda olub. Dostlarım əvvəllər istehza ilə yanaşırdılar. Uğurlarımı görəndən sonra özlərində də maraq yarandı.

-Gələcək planların...

-İxtisasım barədə düşünürəm. Avropa standartlarına cavab verən bir mühəndis olmaq istəyirəm (gülür). İctimai status da qazana bilərəm. İkisi də yaxşı gedir. Zaman göstərəcək.

-Bu müsahibəyə son sözünüz...

-azmiu.az niyə məndən gec müsahibə götürdü?! (gülür). Nə yol seçirlər seçsinlər, o yola inansınlar gənclərimiz. Və çalışsınlar. İndi isə ictimai fəaliyyətdə göstərdiyi köməyə görə qrup rəhbərim Yaquba təşəkkür edirəm və belə davam etməsini istiyərəm (gülür).

Azmiu.az-a dərin  təşəkkürümü bildirirəm ki, tələbələrimizə maraq göstərir və ictimai sektorda tanınmağına yardım edir. Dövlət əhəmiyyətli bir statusa sahib olandan sonra ilk müsahibəni azmiu.az-a verəcəm (ciddi idi).

 

 

Hazırladı: azmiu.az-Rəvan Cavid.

Tags: #azmiu.az #azmiu #azmiu az #sefer
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Basarilar
Elmar 2017-05-30 22:28:14
Men seferin qardasiyam ve onunla fexir edirem beinki men ailemde fexir edirik. Cunku her bir ovlad ilk tecrubbesini yasantisini Aileden alir o aile yaxsi ve gozel yanasir telim terbiye edirese o ovladda hsr hansi yerde laiqince temsil ede bilir.
Toplam 1 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Müsahibə - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru