Valideynlər AzMİU-da imtahan prosesini izləyiblər

Valideynlər AzMİU-da imtahan prosesini izləyiblər

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) valideynlər yaz imtahan sessiyasının gedişini müşahidə ediblər.
      Valideynlər AzMİU-nun tədris binalarında olub, övladlarının və digər tələbələrin imtahan prosesini yaxından izləyiblər. Əvvəlcə onlar  Memarlıq fakültəsində  diplom müdafiələrində iştirak ediblər. Sonra  mərkəzləşdirilmiş imtahan otaqlarını gəzərək kompüter və yazılı imtahanların gedişini müşahidə edib,  tələbələrə yaradılan şəraitlə tanış olublar. Valideynlərlə birgə imtahan prosesini müşahidə edən Tədris işləri üzrə prorektor Akif Qasımov,  müəllim və nəzarətçılər valideynlərin imtahanlarla bağlı suallarını cavablandırıblar. Həmçinin, valideynlər zalda yerləşdirilən monitor qarşısında əyləşərək imtahan prosesini izləyib. İmtahanların obyektiv və şəffaf mühitdə keçirilməsindən razı qalan valideynlər universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.