Tekla Trimble şirkətinin nümayəndəsi tələbələrimizə Ustad dərsi keçib

Tekla Trimble şirkətinin nümayəndəsi tələbələrimizə Ustad dərsi keçib

Tekla Trimble şirkətinin nümayəndəsi tələbələrimizə Ustad dərsi keçib Layihələndirmə və tikinti sahələrində proqram təminatının qlobal təchizatçısı olan Trimble şirkətinin Azəbaycanda yeganə səlahiyyətli nümayəndəsi olan AZEL Systems və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə inşaatın bütün mərhələlərində rəqəmsal transformasiyaya həsr olunmuş beynəlxalq konfrans bu gün də davam edib. Tədbirin təşkilatçısı AZEL Systems şirkətinin təmsilçisi, Tekla Trimble şirkətinin Moskva ofisindən texniki konsultant Andrey Didux Universitetin Memarlıq və İnşaat fakültəsinin müəllim və tələbələri üçün Tekla Structuresdan istifadə üzrə praktiki master-klass keçib. Müəllim və tələbələrin böyük marağına səbəb olan ustad dərsində Andrey Didux onları BIM texnologiyalarının trendləri və Trimble istehsalı olan digər proqram təminatları ilə tanış edib. O, planlaşdırmaya, layihələndirməyə, binaların tikintisi və istismarına yanaşmanı kökündən dəyişməyə imkan verən bir sıra həlləri təklif edən Tekla Structures proqramı barədə ətraflı məlumat verib, müəllim və tələbələrlə birgə işləyib.