Dövlət İmtahan Mərkəzi 1298 tələbəni ödənişli təhsildən ödənişsizə keçirdi

Dövlət İmtahan Mərkəzi 1298 tələbəni ödənişli təhsildən ödənişsizə keçirdi

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. 

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bildirlib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən, boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.


Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.