AzMİU-nun tələbələri “YARAT” Akademiyasının mühazirəsində iştirak etdilər

AzMİU-nun tələbələri “YARAT” Akademiyasının mühazirəsində iştirak ediblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil olunan mühazirədə iştirak ediblər. Mühazirə “YARAT” Akademiyasının növbəti qonağı olan “Məqsədin kəmiyyət sonsuzluğu” sərgisinin kuratoru Kristina Çernyavskaya tərəfindən aparılıb. Mühazirədən öncə tələbələr Strateji Planlaşdırma şöbəsinin əməkdaşı Vasif Əskərovun rəhbərliyi ilə mərkəzdə nümayiş olunan "Şarivari" sərgisi ilə tanış olublar. Daha sonra gənclər K.Çernyavskayanın "Bədii layihə rəhbərliyi" mövzusunda mühazirəsini dinləyiblər. Bildirək ki, Kristina, rəssam Taus Maxaçeva ilə birgə bir sıra layihələrdə əməkdaşlıq edib. O, hal-hazırda YARAT Mərkəzində nümayiş olunan "Şarivari" sərgisi və Future Art Generation Prize müsabiqəsi çərçivəsində keçirilən “Məqsədin kəmiyyət sonsuzluğu” sərgisinə kuratorluq edib. Diskussiya şəklində keçən mühazirə tələbələrin və gələn digər qonaqların marağına səbəb olub.