AzMİU nümayəndə heyəti Eramsus + proqramı çərçivəsində Roma şəhərində səfərdə olublar

AzMİU nümayəndə heyəti Eramsus + proqramı çərçivəsində Roma şəhərində səfərdə olublar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Eramsus + proqramı çərçivəsində Roma şəhərində səfərdə olublar. İspaniya, Rumıniya, Türkiyə, Portuqaliya, Azərbaycan, Moldova, Gürcüstan və Kosovo kimi ölkələrdən müəllim və tədqiqatçlıların qatıldığı tədbirdə AzMİU rektorunun müşaviri İlham Mərdanov, prorektor İsrafil Məmmədov və Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev iştirak edib. 
İtaliyanın Uninettuno Beynəlxalq Telematik Universitetində baş tutan tədbirdə iştirakçılar təmsil etdikləri universitetlərin layihlərini təqdim edib müxtəlif innovtiv dillərdə mövcud olan təhsil proqramlarının hazırlanmasına dair öz təcrübələrini bölüşüblər. Tədbirin əsas məqsədi tələbə və müəllimlərin beynəlxalq mobilliyini təşviq etmək idi.
Səfər çərçivəsində nümayəndə heyətimiz Uninettuno Beynəlxalq Telematik Universitetinin rektoru professor Maria Amata Garito ilə görüşüb gələcək əməkdaşlığa dair müzakirələr aparıblar.