AzMİU-da “Milano Design” film festivalı keçirilir

AzMİU-da “Milano Design” film festivalı keçirilir

AzMİU-da “Milano Design” film festivalı keçirilir

Oktyabrın 30-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Milano Design” film festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, “Milano Design” film festivalı memar, dizaynerlərdən ibarət peşəkarlarla dialoq qurmaq üçün innovativ və effektiv bacarıq və məzmun keyfiyyəti ilə xarakterizə olunan informasiya platforması, görüş yeri, eksperiment və bacarıqları təkmilləşdirmək üçün bir yerdir. Festivalın keçirilməsində məqsəd italyan mədəniyyətini və həyat tərzini, interyer, şəhər, moda və memarlıq dizaynı da daxil olmaqla İtaliyada kəşf edilib reallaşdırılan sənaye dizaynının bütün formalarını özündə əks etdirən filmləri festivala ev sahibliyi edən ölkənin peşəkarları ilə paylaşmaqdır.

Festivalda İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massarini, Milan MDFF-nin təmsilçiləri, İtaliya Ticarət Palatasının nümayəndələri, qonaqlar iştirak edirlər.

Noyabrın 1-nə qədər davam edəcək festivalda nümayiş olunacaq 7 filmdə dizaynın sərhədlərini, gözəllik axtarışında zamanla necə dəyişdiyini, estetika və praktikliyin arzu və tələblərimizi qarşıladığı halda, keçmişimizin və sahibi olduğumuz peşənin həyatımızın əvəzolunmaz hissəsinə çevrildiyi göstəriləcək.