Azərbaycan Respublikasında həyata keçirilən davamlı inkişaf konsepsiyalı uğurla həyata keçirilir

Azərbaycan Respublikasında həyata keçirilən davamlı inkişaf konsepsiyalı uğurla həyata keçirilir

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNİN

REKTORU PROF. GÜLÇÖHRƏ XANIM MƏMMƏDOVAYA

 

Azərbaycan Respublikasında həyata keçirilən davamlı inkişaf konsepsiyalı uğurla həyata keçirilir. Bu baxımdan ölkə prezidenti cənab İlham Əliyevin cari ilin yanvarından başlayaraq əhalinin sosial sferada maddi rifah halının yaxşılaşdırılması məqsədilə bir çox sərəncamlar ölkənin təhsil müəssisələrindən də yan keçməmişdir. Eyni zamanda təhsildə aparılan ardıcıl islahatlar həm təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi tədqiqat işlərinin aparılmasına, universitetdə mövcud olan laboratoriya bazalarının yenidən qurulmasına, həm də tədris prosesində çalışan əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərir. Son illərdə ardıcıl olaraq, əməkdaşların maddi vəziyyətinin yaxşılaşdırılmasına universitet rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilmişdir və ölkəmizdə fəaliyyət göstərən universitetlərlə müqayisədə əmək haqqı artımı böyük faizlə (25%) artırılmışdır. Bunu da universitet kollektivi ilə yanaşı, “ST və MKS” fakültəsi əməkdaşları da sevinc hissi ilə qarşılamışdırlar. Qeyd etmək istəyirəm ki, fakültə əməkdaşları hörmətli rektorumuz Gülçöhrə xanıma xüsusi minnətdarlıq bildirir və xahiş edirlər ki bu minnətdarlığı fakültə Elmi Şurası adından Sizə çatdıraq.

Çox hörmətli Gülçöhrə xanım Məmmədova. “ST və MKS” fakültəsinin Elmi Şurası və fakültə əməkdaşları bu diqqət və qayğıya görə Sizə öz minnətdarlığını bildirir, bizi daha məsuliyyətlə, əzmkarlıqla çalışmağa, yaxşı öyrətməyə, təhsilin keyfiyyətinin artırılması üçün əlimizdən gələni etməyə ruhlandırır.

 

 

“Su təsərrüfatı və mühəndis

kommunikasiya sistemləri” fakültəsinin

Elmi Şurasının üzvləri: