Mən çalışıram ki, tələbələrimiz səmimi olduğumu hiss etsinlər..

Mən çalışıram ki, tələbələrimiz səmimi olduğumu hiss etsinlər..

*Həmişə çalışıram ictimaiyyətlə tez-tez ünsiyyətdə olum. Yalnız jurnalistlərlə yox, iş prosesi zamanı şöbə rəhbərləri, universitetin kollektivinə daxil olan bütün müəllimlər, doktorantlar, tələbələrlə görüşürəm. Bununla daha çox məlumat almaq, düşünmək, nəyisə kənar baxışla görmək imkanı əldə edirəm. Bu günlərdə həmin görüşlərin birində iştirak etdim və əlaçı tələbələrlə görüşdük. Daha sonra Universitetin ictimai həyatında aktiv iştirak edən Tələbələrlə görüşümüz oldu. Onlar özlərinin irad və təkliflərini, çatışmazlıqları bildirdilər. Görüş çox faydalı keçdi. Hansı məsələyə diqqət yetirmək lazım olması ətrafında müzakirələr apardıq. Bunlar işin xeyrinədir. hesab edirəm ki, universitet müəllimi ilə tələbə arasında nə qədər səmimi münasibət olsa, bu bir o qədər təhsilin xeyrinə olar. Tələbə ilə həmkar kimi söhbət etmək lazımdır. Mən çalışıram ki, tələbələrimiz səmimi olduğumu hiss etsinlər, mənimlə hər bir problem barədə çəkinmədən söz aça bilsinlər. Biz tələbələrə dost olmalıyıq.
Gülçöhrə Məmmədovanın Teleqraf.com-a verdiyi müsahibədən