AMEA-nın elmi müəssisələrinə direktor seçkilərinin yekun nəticələri AÇIQLANDI

AMEA-nın elmi müəssisələrinə direktor seçkilərinin yekun nəticələri AÇIQLANDI

Akademik Nazim Məmmədov AMEA-nın Fizika İnstitutunun, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Oktay Qasımov Biofizika İnstitutunun, akademik Dilqəm Tağıyev Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Fərzəliyev Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, biologiya elmləri doktoru Ulduz Həşimova Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun, biologiya elmləri doktoru Vahid Fərzəliyev Mərkəzi Nəbatat Bağının, akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, akademik Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin, akademik Gövhər Baxşəliyeva Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə Fəlsəfə İnstitutunun və akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifələrinə təsdiq olunublar.