Almaniyanın Brandenburq Texniki Universiteti AzMİU-da laboratoriya açıb

Almaniyanın Brandenburq Texniki Universiteti AzMİU-da laboratoriya açıb

 

 Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının nəzdində Strateji planlaşdırma şöbəsinin təşəbbüsü ilə Qaz təchizatı laboratoriyası açılıb. Almaniyanın Brandenburq Texniki Universiteti tərəfindən hədiyyə olunan laboratoriyanın açılışında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, prorektorlar və müəllimlər iştirak edib. 
        Açılış mərasiminə qatılan Brandenburq Texniki Universitetinin nümayəndələri Eduard Voelker və Max Weinberq laboratoriyada quraşdırılan Tavandan soyutma və isitmə qurğusunun iş mexanizmi barədə iştirakçılara məlumat veriblər. Onlar bu qurğunun Azərbaycanda bir ilk olduğunu vurğulayıblar və onun səmərəli tərəflərini izah ediblər.
        AzMİU-nun rektoru ölkəmiz üçün ilk olan soyutma və isitmə qurğusunun universitetdə quraşdırılmasına verdiyi dəstəyə görə Brandenburq Texniki Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib, laboratoriyanın universitet və tələbələrimiz üçün əhəmiyyətini xüsusi qeyd edib.