Ana Səhifə
Geri

MİT fakültəsi valideyn himayəsindən məhrum olmuş uşaq sığınacağında olub

Bu gün MİT fakültəsi valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı "Azərbaycan Uşaqlar Birliyinin 1 nömrəli" uşaq sığınacağında olmuşdur. Fakültənin kafedraları, qrupları və tələbələrinin dəstəyilə təşkil etdiyimiz bu xeyriyyə aksiyası Yeni İl bayramı ərəfəsində valideyn himayəsindən məhrum olmuş uşaqları çox sevindirdi. Uşaqlar üçün universitetimizin istedadlı iki tələbəsi - Rəhimə və Emilin ifasında kiçik əyləncə təşkil olundu. Tələbələr uşaqlarla xoş və qayğılı söhbətlər etdilər. Sonda uşaqlara tək-tək onların bayram hədiyyələri təqdim olundu və onlarla kollektiv arasında xatirə şəkilləri çəkildi. Universitet rəhbərliyi və Fakültə adından sığınacağın rəhbərliyinə təşəkkür və təbriklər çatdırıldı.

Günün Digər Xəbərləri