Ana Səhifə
Geri

Xalid Nəcəfovun 80 illik yubileyi münasibəti ilə elmi-praktiki konfrans keçirilib

Bu gün AzMİU-nun İnşaat konstruksiyaları kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mühəndisi Xalid Nəcəfovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi münasibəti ilə elmi-praktiki konfrans keçirilib.

  Bu gün AzMİU-nun İnşaat konstruksiyaları kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mühəndisi Xalid Nəcəfovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi münasibəti ilə elmi-praktiki konfrans keçirilib.
            Konfransı giriş sözüylə açan İnşaat konstruksiyaları kafedrasının müdiri, professor Muxlis Hacıyev konfrans iştirakçılarını salamlayıb, X.Nəcəfovu yubileyləri münasibəti ilə təbrik edib.
            Rektorluq adından yubilyarı təbrik edən universitetin elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov ona ən xoş arzularını çatdırıb, gələcək fəaliyyətində uğurlar arzulayıb.
            Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin adından idarə rəisi M.Əsədov, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-tədqiqat və layihə konstruktor inşaat materialları institutunun konstruktoru M.Bədirli, İnşaat -2000 MTK-nın sədri M.Əliyev, AzMİU-nun tədris işləri üzrə prorektoru A.Qasımov, İnşaat fakültəsinin dekan müavini N.Cəfərov, Azərbaycan İnşaat və Memarlıq elmi-tədqiqat institutunun direktoru A.Qarayev və başqaları da X.Nəcəfovu yubileyləri münasibəti ilə təbrik edib, onunla bağlı xoş xatirələrini konfrans iştirakçılarıyla paylaşıblar.      
            Sonda Xalid Nəcəfov yubiley mərasiminin təşkilinə, ona göstərilən diqqət və qayğıya görə AzMİU rəhbərliyinə, İnşaat konstruksiyaları kafedrasına təşəkkürünü bildirib. 

 

Günün Digər Xəbərləri