Ana Səhifə
Geri

Aksesuar İnşaat Şirkəti tələbələr üçün təqdimat keçirib

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Aksesuar İnşaat Tədris mərkəzində Memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan tələbələr üçün seminar keçirilib.

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Aksesuar İnşaat  Tədris mərkəzində Memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan tələbələr üçün seminar keçirilib. Seminarda Aksesuar İnşaat şirkətinin baş koordinatoru Mikayıl Günəş və satış meneceri Fərid Hüsnəddinov iştirak edib. Onlar tələbələri şirkətin yeni kataloqları ilə tanış edib və yeni məhsullar barədə geniş informasiya veriblər.
Qarşılıqlı müzakirələr, diskussiya şəraitində keçirilən görüşdə şirkət nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar.

Mənbə: azmiu.edu.az

Günün Digər Xəbərləri