Ana Səhifə
Geri

MIT fakültəsində Ümummilli Lider Heydər Əliyevin ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Bu gün Mexanika və İnformasiya Texnologiyaları fakültəsində Ümummilli Lider Heydər Əliyevin ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə fakültənin Texnoloji Maşın və Avadanlıqlar Mühəndisliyi kafedrasının müdürü Allahverdi Bayramov, Kompyüter Sistemləri və Proqram Təminatı kafedrasının müdürü Rəna Hüseynova, kafedraların müəllimləri və THİK-in sədr müavini Şahmar Rəfili iştirak edirdi. Tədbiri giriş sözüylə açan Fakültənin dekan əvəzi Telman Aslanov gələn qonaqları salamlayıb. Telman müəllim qonaqlara Heydər Əliyevin həyatından, Onun keçdiyi ağır siyasət yollarından, xalqın etibarını qazanmasından, həmişə Azərbaycanın müstəqillik siyasətini öndə tutmasından, xarici siyasətdə atdığı uğurlu addımlardan və Azərbaycanın çiçəklənməsinin banisi məhz Heydər Əliyev olduğundan danışıb. Və onun uğurlu siyasətinin davamçısı olan Cənab Prezident İlham Əliyevin Heydərçilik siyasətini qoruyub saxladığnı vurğulayıb. Sonra Telman müəllim tədbir iştirakçılarından Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yat etmələrini xahiş edib. Tədbirin gedişatında Ulu Öndər Heydər Əliyev haqqında sənədli videoroliklər nümayiş olunub. Və Heydər Əliyev haqqında Leyla Əliyevanın sözləri ilə yazılmış bir klip iştirakçılara nümayiş olunmuşdur.
Allah Rəhmət Eləsin!

 

 

 

Günün Digər Xəbərləri