-cı il

R.Zahid - Capoeira, gimnastika, akrobatika və digər idman növlərini özündə birləşdirən başqa idman növlərindən fərqlənən döyüş sənətidir

TimeƏlavə edilib: 2017-01-06 10:46:12 ViewsOxunub: 910

azmiu.az saytının bu dəfəki qonağı Capoeira döyüş sənətinin Azərbaycandakı inkişafı üçün böyük əmək sərf edən Azərbaycan Capoeira Federasiyasının icraçı drektoru Zahid Rüstəmovdur. Zahidlə capoeira döyüş sənətinin incəlikləri və sağlam bədəndə sağlam ruh olar anlayışı haqqında danışmışıq. Maraqlı və Gənclər üçün olduqca faydalı olan müsahibəni sizlərə təqdim edirik.

Capoeira nədir və necə yaranıb ?

-Capoeira, gimnastika, akrobatika və digər idman növlərini özündə birləşdirən başqa idman növlərindən fərqlənən döyüş sənətidir. Capoeira Afrikadan Brazilyaya gətirilən Afrikalı qullar tərəfindən yaradılıb.

Federasiyanız haqqında məlumat verin.

-2001ci ildə Bakıda Taleh Orucov tərəfindən ilk Capoeira məktəbi yaranıb, sonradan club fəaliyyət göstərib. 2007ci il dekabr ayının 27sindən bu club Federasiya olaraq fəaliyyətini davam etdirib. 2009cu ildən Beynəlxalq Capoeira federasiyasının üzvüyük, Beynəlxalq Capoeira federasiyasının avrasiya mərkəzi ermenistandan alınaraq Azərbaycana verilmişdir. Sonradan Beynəlxalq Capoeira federasiyasının adı dəyişdirilərək Ümümdunya Capoeira federasiyası adlanıb. Hal-hzaırda Ümümdunya Capoeira federasiyasının Prezidenti idman tariximizdə ilk dəfə olaraq həmyerlimiz cənab Taleh Orucovdur. Taleh Orucov eyni zamanda milli federasiyamızında rəhbəridir.

Azərbaycanda Capoeira döyüş növünə maraq varmı ? İnsanlarda bu idmana qarşı marağ yaratmaq üçün nələr edirsiniz ?

- Son zamanlarda bu idman növünə maraq olduqca yüksəkdir. Bunu günü artan tələbə sayından demək olar. Ölkəmizdə bu idman növünün tanınması üçün bir çox beynəlxalq , sosial lahiyələrdə iştirak edirik. Artıq iki ildirki biz bağçalarda, Məktəblərdə Litseylərdə və bir çox ali məktəblərdə Capoeira dərnəkləri təşkil edirik. Dərnəklərimiz, lahiyələrimiz uşaq evlərində və internat məktəblərində ödənişsiz aparılır.

Capoeira döyüş sənətində yaş məhdudyəti varmı ? Xanımlar bu idman növü ilə məşğul ola bilərmi ?

-Bu idman növünün digər idman növlərindən fərqi burada yaş məhdudyətinin olmamasıdır. Xanımlarımız və bəylərimiz 5 yaşından bu idman növü ilə məşğul ola bilərlər. Xanımlarda estetik bədən qurluşu artıq çəkidən azad olmaq və özünü müdafiə etməyi aşılayan Capoeira döyüş sənəti ölkəmizdədə xanımlar tərəfindən böyük maraqla qarşılanır.

Capoeira döyüş sənətinin insan sağlamlığına nə kimi xeyri var? Artıq çəkidən azad olmaq və gümrah bədənə sahib olmaq üçün xüsusi məsləhətləriniz varmı ?

- Capoeira döyüş sənətinin ən üstün cəhəti akrobatik və gimnastik elementlərinin olmasıdır bu da bədəndə olan bütün əzlələri hərəkətə gətiri. Sağlam gənc ilk öncə pis vərdişlərdən uzaq olmalı, idmanla məşğul olmalıdır. Artıq çəkidən azad olmaq , gümrah bədənə sahib olmaq üçün sağlam və düzgün qidalanmaq, yuxu saatlarına diqqət etmək və əlbətdəki Capoeira ilə məşğul olmaq (gülür)

Məşqlərinizi harda aparılır və Tələbələr bu idman növünə necə yazıla bilərlər.

-Məşqlərimiz Bakının bir çox idman clublarında aparılır və xüsusi olaraq onu qeyd edimki Universitetinizin Tələbə Həmkarlarlar İttifaqı Komitəsi ilə bir çox iş birliyimizin olduğuna görə sizin Tələbələrə 20faiz endirim olunacaq. Ümid edirəmki bu günki müsahibəmizdən sonra tələbələrinizdə bu idman növünə olan maraq daha da artacaq. Təşəkkürlər.

 

ACF icraçı drektoru, beynəlxalq dərəcəli Təlimatcı, idman ustası Zahid Rüstəmov.

Tel: 0505452299 Facebook/ Zahid Rüstəmov Instagram/ Zico_rustamov

 

 

Tags: azmiu.az azmiu azmiu az telebe
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Müsahibə - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru