-cı il

Elmi Şuranın 2016-cı ildə son iclası keçirilib

TimeƏlavə edilib: 2016-12-31 16:08:09 ViewsOxunub: 581

 Dekabrın 28-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının 2016-cı ildə son iclası keçirilib. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Elmi Şura üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib, bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
         İclasda yaxın günlərdə dünyasını dəyişmiş universitetin Nəzəri və inşaat mexanikası kafedrasının müdiri, professor Knyaz Əliyevin, Texnoloji maşın və avadanlıqlar kafedrasının dosenti Famil Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hər iki alim haqqında xoş sözlər söyləyən rektor onların elm və təhsildəki xidmətlərini yüksək qiymətləndirib, əziz xatirələrinin universitet kollektivinin qəlbində əbədi yaşayacağını bildirib.
         Daha sonra rektor Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədovanı yubiley münasibəti ilə təbrik edib, ona elmi fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıb. Ötən həftə gerçəkləşən Florensiya səfərindən danışan G.Məmmədova adıçəkilən şəhərdə universitetin əməkdaşlıq etdiyi İtaliyanın Romualdo del Bianko Fondunun dəstəyi ilə gerçəkləşən Bakının müasir memarlığına həsr olunmuş sərgi haqqında Şura üzvlərinə geniş məlumat verib. O qeyd edib ki, Bakının müasir memarlıq nümunələri – Alov qüllələri, Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya stadionu,  Bulvar otel, Hava limanı, “Ağ şəhər” kompleksi, Heydər məscidi, SOCAR-ın binası və digər müasir tikililərini əks etdirən planşetlər sərgiyə gələnləri heyran edib, onların böyük marağına səbəb olub. Memarlıq fakültəsinin müəllimi Fərid Əliyevin ingilis dilində mühazirəsinin də maraqla qarşılandığını deyən rektor bu çıxışın sərgi iştirakçılkarında Bakının müasir tikililəri barədə geniş təsəvvür və təəssürat yaratdığını vurğulayıb. 
         Beynəlxalq təcrübənin təhsil sisteminə tətbiqi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edən universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev AzMİU-nun 2015-16-cı tədris ilində beynəlxalq əlaqələrindən, görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb. O məlumat verib ki, universitet Tempus layihələri çərçivəsində İspaniya, Portuqaliya, Türkiyə, İngiltərə və digər xarici ölkə universitetləriylə ikili diplom proqramlarına qoşulub, Erasmus+ KA1, KA2  layihələri üzrə bir çox Avropa universitetləriylə tələbə-müəllim mübadiləsi layihələri həyata keçirir. F.Əliyev məruzəsində UNESKO-nun maliyyə dəstəyiylə gerçəkləşən və 14 ölkədə tətbiq olunan Avisenna layihəsinə də toxunub, bu istiqamətdə görülən işlər barədə məlumat verib. Şöbə müdiri yeni layihələr – Nizami, LPEB və RETHNİK barədə də konfrans iştirakçılarını məlumatlandırıb.
        Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev tədris laboratoriyalarında aparılan yoxlamaların nəticəsi barədə məlumat verib. O qeyd edib ki, yoxlamalar zamanı avadanlıqların, cihazların vəziyyəti, metodik vəsaitlərin, göstərişlərin hazırlanması araşdırılıb. Müasir, yeni avadanlıqlarla təchiz olunmuş laboratoriyaların faydalı fəaliyyətindən danışan S.Fərzəliyev bir çox məsələlərdə ciddi qüsurların, çatışmazlıqların olduğunu da vurğulayıb, bir sıra fakültələrə və kafedralara tapşırıqlar verilib.
        İqtisadi nəzəriyyə və marketinq kafedrasının müdiri Asəf Ağayev Elmi Şurada qəbul olunmuş qərarların icrası barədə məlumat verib, görülən işlərdən danışıb. Daha sonra qış imtahan ssesiyasına hazırlığın vəziyyəti müzakirə olunub, rektor imtahanlarda şəffaflığın təmin olunması, təhlükəsizlik və başqa məsələlər barədə tapşırıqlarını verib.
        Elmi Şuranın iclasında şura üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilərə verilən elan üzrə informasiya texnologiyaları və sistemləri kafedrasının professoru Nailə Musayevanın AMEA-nın müxbir üzvlüyünə namizədliyinin dəstəklənməsinə yekdilliklə səs veriblər. Şura üzvləri həmçinin, İnşaat texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyevanın professor vəzifəsinə seçilməsinə yekdilliklə səs veriblər, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müəllimi Rayihə Əmənzadəyə professor elmi adının verilməsi üçün Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırıblar.  

Tags: azmiu.az azmiu azmiu az telebe
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru