-cı il

Gizli Gecə bal rəqsi layihəsinin möhtəşəm bağlanış mərasimi keçirildi

TimeƏlavə edilib: 2016-12-28 21:51:07 ViewsOxunub: 3280

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İdman kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi olmuş Rafael Şixəmmədovun “Gizli Gecə bal rəqsi” layihəsinin bağlanış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun( #AzGF) maliyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (#ATGTİ) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının (#AzMİUTGT) təşkilatı dəstəyi ilə “Gizli Gecə bal rəqsi” layihəsi keçirilmişdir.

24.12.2016-cı il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin İdman kompleksində 465 tələbə və gəncin iştirakı ilə “Gizli Gecə bal rəqsi” layihəsi keçirilmişdir. Layihə zamanı “Gecənin ən yaxşı cütlüyü“ adı uğrunda Milli, müasir və həzn rəqs üzrə 15 cütlük yarışmada iştirak etmişdir. Layihə zamanı bütün tələbə və gənclərə kofe və çay təqdim edilmişdir. Layihə zamanı hər 3 rəqs növü üzrə münsiflərin səsverməsi nəticəsində 10 nömrəli cütlük Rəşid Sadıqov və Ülkər Əliyeva qalib gələrək “Gecənin ən yaxşı cütlüyü” adını qazanaraq tac qoyma mərasimi keçirildi və qalib komanda serifikat və hədiyyələrlə təltif edildi.

Sonda bütün layihə iştirakçıları sertifikat və hədiyyələrlə təltif olundular.

 

 

 

 

Tags: #AzGF #ATGTI #ASYOU #AzMIUTGT #AzMIU #TGT #SYO
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Maraqlı - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru