-cı il

Akkord Sement Zavodu AzMIU-da laboratoriya açıb

TimeƏlavə edilib: 2016-12-27 19:36:10 ViewsOxunub: 5242

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Akkord Qazax sement zavodunun dəstəyi ilə yaradılmış sement və beton laboratoriyasının açılışı olub. Laboratoriyanın açılışında universitetin rektoru, professor-müəllim heyəti, tələbələr, Akkord Sement Zavodunun rəhbərliyi və bir sıra tikinti şirkətinin nümayəndələri iştirak ediblər. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və zavodun Satış Departamentinin direktoru Elnur Orucov laboratoriyanın açılışını bildirən rəmzi lenti kəsiblər.
Rektor G.Məmmədova müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyanın yaradılmasını universitetin tarixində əlamətdar hadisə kimi qiymətləndirib, bunu Akkord Sement Zavodu ilə ilə uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının başlıca vəzifə olduğunu xatırladan rektor yeni yaradılmış laboratoriyanın təhsilin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
E.Orucov da qeyd edib ki, laboratoriyanın qurulmasında əsas məqsəd Universitetdə sement və beton ixtisasları üzrə istedadlı, savadlı kadrların yetişdirilməsinə nail olmaq və gələcəkdə bu kadrların şirkətlərin zavodlarında işlə təmin etməkdən ibarətdir. Laboratoriya barədə geniş məlumat verən Akkordun nümayəndəsi bildirib ki, burda sement və sement əsasında istehsal olunan tikinti materiallarının hərtərəfli sınaqlarının aparılması mümkün olacaq, inşaatda sement və beton sahəsində aparılacaq işlərin keyfiyyətinin yüksəldilməsində yeni təkan rolunu oynayacaq.
Açılış mərasimindən sonra rektor, müəllimlər və qonaqlar laboratoriya ilə tanış olublar. Yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasının müdiri, professor Bünyat Sərdarov avadanlıqlar , yeni qurğu və cihazlar barədə geniş məlumat verib.

Tags: Azmiu azmiu.az telebe akkord
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru