-cı il

Bu gün yazıçı Elxan Elatlı ilə görüş keçirilib

TimeƏlavə edilib: 2016-12-21 22:41:35 ViewsOxunub: 3873

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov tanınmış yaziçını salamlayıb, AzMİU tələbələri ilə görüşə gəldiyi üçün ona  təşəkkürünü bildirib. O, özünün də E.Elatlının yaradıcılığına böyük marağı olduğunu etiraf edib, yazıçının əsərlərini sevə-sevə oxuduğunu vurğulayıb. B.Aslanov yazıçı ilə görüş ideyasının tələbələrdən gəldiyini, bunun da gəncliyin yazıçının əsərlərinə diqqətinin təzahürü kimi qiymətləndirib.  
            AzMİU-da onunla ikinci dəfə görüş keçirilməsindən xüsusi məmnunluq duyduğunu bildirən yazıçı görüşü təşkil etdiyi üçün universitetin  rəhbərliyinə öz minnətdarlığını bildirib. O, qeyd edib ki, bədii yaradıcılığa başlayandan bugünədək tələbələrlə  bütövlükdə 60-dan çox görüş keçirib. Tələbələrlə, gənclərlə görüşdən məmnunluq hissi duyduğunu bildirən E.Elatlı onu sevənlərlə yaradıcılığı haqqında səmimi söhbətə başlayıb. O, gənclərə romanlarında mütəmadi olaraq toxunduğu Qarabağ həqiqətləri, vətənin qəhrəman övladları, şanlı tariximiz haqqında danışıb. 
            Tədbirdə yazıçının bioqrafiyası, yaradıcılığı, əsərləri haqqında elekrton sərgi -videorolik nümayiş etdirilib. Görüşün sonunda xatirə şəkli çəkdirilib, yazıçı tələbələrə öz kitablarını hədiyyə edib

 

 

Tags:
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru