-cı il

Tələbələrimizin yaradıcılıq sərgisi açılıb

TimeƏlavə edilib: 2016-12-14 18:56:56 ViewsOxunub: 3438

AzMİU-nun Sərgi salonunda Memarlıq fakültəsinin ıv kurs tələbələri Zəhra Rəsulzadə və Aygün Abdullayevanın birgə hazırladıqları “Never stop imagining”  adlı yaradıcılıq sərgisi keçirilib. Sərgidə universitetin müəllim və tələbələri ilə yanaşı, Dağıstan Dövlət Texniki Universitetinin Memarlıq və inşaat fakültəsindən gəlmiş qonaqlar da iştirak edib. Sərginin qırmızı lentini kəsən tələbələr burda nümayiş olunan rəsm əsərləri barədə qonaqlara və sərgi iştirakçılarına ətraflı məlumat veriblər.
         Sərgidə tələbələrin maraqlı əl işləri, müxtəlif üslublarda çəkilmiş rəsmlər nümayiş olunub. Nümayiş olunan işlər içərisində kubizm üslubunda çəkilmiş rəsmlər üstünlük təşkil edib. Eyni zamanda rəsm sərgisində çay daşları üzərində çəkilmiş təbiət, tarixi abidələr, tanınmış insanlar, natürmort, abstrakt rəsmlərin təsvir olunduğu nümunələr iştirakçıların xüsusi marağına səbəb olub. Tələbələrin herbarilərlə rəsm əsərlərinin sintezi əsasında hazırladıqları işlər də sərgiyə gələnlərin diqqətini çəkib. 

Mənbə: azmiu.edu.az

Tags: azmiu.az azmiu azmiu az telebe
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Ümumi - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru