-cı il

ST və MKS fakültəsində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

TimeƏlavə edilib: 2016-12-11 22:25:13 ViewsOxunub: 1321

09.12.2016-cı il tarixdə "Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri" fakültəsində Ümummilli lider, Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

İlk öncə Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri açıq elan edən aparıcılar Natiq Bayraməliyev və Məryəm Kərimova sözü fakültə dekanı Zakir Musayevə vermişlər. Zakir müəllim Ümummilli liderin keçdiyi həyat yolundan, onun xalqımız üçün etdiyi fədakarlıqdan danışmış və onun yürütdüyü uğurlu siyasətin bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını qeyd etmişdir. Zakir müəllim çıxışının sonunda Heydər Əliyev kimi dahi şəxsiyyətlərin həyata nadir hallarda gəldiyini vurğulamışdır. Daha sonra dövlət himni səslənmişdir. Tədbirin davamı olaraq söz professor Əlisa Əhmədova verilmişdir. Əlisa müəllim öz çıxışında Heydər Əliyevin daima xalqımızın ən çətin anlarında onun yanında olduğunu qeyd etmişdir. Ardınca Ulu öndərə həsr olunmuş qısa metrajlı film izlənilmişdir. Tədbir Əlizadə Fəridənin ifasında Heydər Əliyevə həsr olunmuş mahnı ilə yekunlaşmışdır.

 

Tags: #azmiu.az #azmiu #azmiu az #telebe #st mks
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru