-cı il

Nəzəri və İnşaat mexanikasının kafedra müdiri Ə.Knyaz vəfat edib.

TimeƏlavə edilib: 2016-12-10 21:58:40 ViewsOxunub: 7646

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzəri və İnşaat mexanikasının kafedra müdiri t.e.d., prof. Əliyev Knyaz Ələsgər oğlu vəfat edib.

Mərhumla bu gün günorta saatlarında Azərbaycan Memarlıq və İnşaat Universitetində vida mərasimi keçirilib.

Mərasimdə AzMİU-nun rektoru Gülçöhrə xanım Məmmədova, prorektorlar, kafedra müdirləri və müəllim heyyətləri iştirak edib. Həmçinin Qafqaz Universitetinin rektoru  Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da çıxış edib. Çıxışlarda mərhum K.Əliyevin elmi fəaliyyəti haqqında da danışılıb.

Mexanika üzrə onun işlədiyi nəzəri metodlar maşınqayırmada, inşaatda, neft və qaz istehsalında istifadə olunan bəzi hissələrin müxtəlif variantlı yüklənmələrindən asılı olaraq gərginlik hallarının tədqiqində xüsusi yer tutur. Mötəbər elmi-texniki konfranslarda (Moskva, Sankt-Peterburq, Daşkənd və s.) onun məruzələri daim maraqla qarşılanmışdır.  

 Elmi-pedaqoji fəaliyyəti müddətində respublikamızda elmi-pedaqoji kadrların hazırlanmasında Knyaz müəllimin müstəsna rolu olmuşdur. O, 35 ildən çoxdur ki, AMİU-nun Nəzəri mexanika kafedrasına rəhbərlik edir. 100-dən artıq elmi məqalənin, dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 10-dək alim yetişmişdir.

Xatırladaq ki, K.Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuşdur. Allah Rəhmət Eləsin!

 

 

 

 

 

Tags: azmiu.az azmiu azmiu az telebe knyaz eliyev
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Ümumi - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru