-cı il

Heydər Əliyevin anım günü AzMİU-da qeyd olunub

TimeƏlavə edilib: 2016-12-09 18:35:19 ViewsOxunub: 3053

Bu gün AzMİU-nun Elmi Şurasında Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. 

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova görkəmli dövlət xadimi Heydər Əliyevin irsinin təbliği və şəxsiyyətinin yad olunması məqsədi ilə keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib, belə tədbirlərin Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, ideyalarının gələcək nəslə ötürülməsi baxımından vacib olduğunu vurğulayıb.

O, Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasi xadim Heydər Əliyevin ölməz ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə geniş məruzə ilə çıxış edib: “Ulu öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrünü əhatə edən 1969-1982-ci illər ölkəmizin inkişafının intibah dövrü olub. Həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü inkişaf yolu keçib. Heydər Əliyev təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb, Vətənin, xalqın tərəqqisində onların roluna yüksək qiymət verib, təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər görüb. Həmin illərdə ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb, 6 yeni ali təhsil müəssisəsi açılıb və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılıb. Bizim universitetin yaradılması təşəbbüsü də 1975-ci ildə məhz ulu öndər tərəfindən irəli sürülüb. Bu illərdə Heydər Əliyev azərbaycanlıların Sovet İttifaqının ən nüfuzlu təhsil müəssisələrində oxumasına çalışıb və 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilib”. 

Professor Azərbaycan müstəqil olduqdan sonra da Heydər Əliyevin xidmətləri sayəsində təhsildə əldə edilmiş nailiyyətlərə toxunub, ikinci dəfə hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikilməsi, təhsil ocaqlarının maddi-texniki baza ilə təmin olunması, yeni özəl ali təhsil müəssisələrinin açılmasından danışıb. Rektor Heydər Əliyev fenomeninin, onun şəxsiyyətinin ucalığının, fövqəladə idarəçilik qabiliyyətinin, yüksək intellektinin dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri tərəfindən yüksək dəyərləndirildiyini önə çəkib. Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan danışan G. Məmmədova ölkəmizdə vüsət alan məktəb tikintisi, yeni ali məktəblərin yaranması, Bolonya sisteminə keçid, Avropa Kredit transfer proqramına qoşulmaq barədə danışıb, görülən işləri Azərbaycan təhsilinin uğurları kimi dəyərləndirib.

Tədbirdə çıxış edən AzMİU-nun prorektoru İsrafil Məmmədov, AzMİU Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin İsmayılov, İnşaat texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva, elmi-tədqiqat şöbəsinin müdiri Könül Əliyeva Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən, Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıblar.

 

 

 

Tags: azmiu.az azmiu azmiu az telebe heyder eliyev
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru